HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

”Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet saytı Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet saytının hər bir istifadəçisinin məktub göndərmək, onu maraqlandıran məsələlər barədə fikirlərini və arzularını bildirmək, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.


”Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ünvanina elektron formada müraciət göndərməzdən əvvəl, xahiş edirik qaydalarla taniş olun:
  • ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
  • Göndərilən elektron məktublara ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətində olan məsələlərlə bağlı olduqda baxıla bilər (qəbul olunacaq).
  • Məktubda müraciət edən vətəndaşın adı, soyadı, atasının adı, poçt və e-mail ünvanı qeyd olunmalıdır .
  • Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
  • Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  • Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
  • Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  • Vətəndaşların elektron müraciətlərinə cavab yalnız qeyd edilən poçt ünvanına göndəriləcək.

Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
  • Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin info@azerishiq.az elektron ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:

Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1065, Bakıxanov küçəsi 13, “Azərişıq” ASC-nin hüquqi ünvanı və Mərkəzi ofisi.