• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

12 noyabr Konstitusiya günüdür

Paylaşma tarixi: 12 noyabr 2017


Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi.

 

 

Əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında  ötən əsrin 90–cı illərində dövlət təsisatların yaradılması ,hüquqi və demokratik dövlət quruculuğu bütün  zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi.

 

Ötən əsrin 90-cı illərində Dövlət Müstəqilliyi haqqında konstitusiya aktını qəbul edən  Azərbaycan  suveren bir ölkə kimi Dünya Birliyinin  üzvü olsa da qarşıda hüquqi və demokratik dövlət  quruculuğu kimi mühüm bir vəzifə dayanırdı. Müstəqilliyi şərtləndirən   başlıca   amillərdən biri dövlət təsisatlarının yaradılması və bu sahədə olan boşluqların aradan qaldırılması idi.  Demokratik cəmiyyət quruculuğu xətti tutan ölkəmizin ilk növbədə   mükəmməl qanunlar toplusuna ehtiyacı var idi .Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi .Demokratik islahatlar  yeni konstitusiyanın tezliklə qəbul olunmasını  tələb  edirdi. 1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində  Müstəqil Azərbaycan Respublikasının  ilk Konstitusiyasının yaradılması ilə bağlı  məsələ gündəmə gəldi. Prezident  Heydər Əliyevin sədrliyi ilə xüsusi   komissiyası təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin ilkin mətnini hazırlamağa başladı .Konstitusiya komissiyasının sədri Prezident Heydər Əliyevin rəhbərliyi ilə keçən  komissiyanın ilk iclasında  layihədə ümumbəşəri dəyərlərin ,xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması  bir vəzifə olaraq qarşıya qoyuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçən həmin iclasda Prezident Heydər Əliyev yaranacaq yeni konstitusiyanın əsas prinsiplərini necə olacağını  bəyan etdi. Birmənalı şəkildə  demək olar ki , layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu öndərin müəllifi olduğu bu layihə 1995-ci ilin oktyabrın 15- də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olundu. Cəmiyyətin demək olar ki , bütün təbəqələri müzakirələrə cəlb edildi .Təkliflər nəzərə alınmaqla layihənin yekun variantı  1995-ci ilin noyabrın 12- də referendum yolu ilə qəbul edildi.

 

Azərbaycanın ilk konstitusiyası dövlət hakimiyyətinin  hakimiyyətlərin bölgüsü prinsipi  əsasında təşkil olunduğunu müəyyən etdi .Təkcə bir faktı demək kifayətdir ki , Konstitusiyanın 158 maddəsindən 57-sində  və üç fəsildən  birində insan hüquq və azadlıqları təsbit edilirdi ki , bu da gənc müstəqil Azərbaycanın demokratik və hüquqi cəmiyyət qurmaq məramında olduğunu təsdiq edirdi .Bu Heydər Əliyev konstitusiyası idi ki ,  onun əsas prinsipləri azad və müstəqil Azərbaycanın  uzunmüddətli  gələcəyinə hesablanmışdı. Bu Ali sənəd ölkədə həyata keçirilən hüquqi – demokratik islahatlar üçün  möhkəm bir təməl idi .Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurlarının hüquqi başlanğıcında  da  məhz ,ümummilli Lider Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk konstitusiyası  dayanır . İlk ali qanunu qəbul etməklə Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığını , azadlığını və təhlükəsizliyinin bərqərar edilməsini arzuladı , keçmiş , indiki və gələcək nəsillər qarşısında tarixi məsuliyyətini bəyan etdi. İlk Konstitusiyamız , eyni zamanda  xalqımızın dünyəvi , milli – mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi idi. Zaman keçdikcə Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi ,onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. 2002 –ci ildə  Azərbaycan Konstitusiyasında dəyişiliklər edilməsinə yaranan ehtiyac da  məhz bütün sahələrdə nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Həmin il ilk dəfə keçirilən Konstitusiya islahatlarından sonra respublikanın ictimai –siyasi həyatında fundamental dəyişikliklər – iqtisadi ,siyasi ,hüquqi islahatların dərinləşməsi , demokratikləşmə prosesinin sürətlənməsi və digər pozitiv yeniliklər  Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişiklikləri obyektiv tələbata çevirdi. 2009-cu il martın 18-də Əsas Qanundakı əlavə dəyişikliklərə münasibəti öyrənən ümumxalq  səsverməsi  prezident İlham Əliyevin demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan siyasətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini  bir daha təsdiq etdi.