• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Zərdabın elektrik şəbəkəsində yenidənqurma və əsaslı təmir işləri aparılır

Paylaşma tarixi: 06 noyabr 2017


Zərdab rayonunda əhalinin elektrik enerjisi ilə normal təminatı üçün yenidənqurma və əsaslı təmir işləri aparılır.

 

“Azərişıq” ASC-nin sifarişi ilə Asiya İnkişaf Bankının vəsaiti hesabına Ucar yarımstansiyasından çıxan 10 kilovoltluq 1,2 və 4 saylı kənd hava xətlərinin yenidən qurulması işlərinə başlanılıb. Gəlmə, Salahlı və Burunlu kəndlərində transformator məntəqələrindən çıxan açıq elektrik hava xətləri SİR kabel xətləri ilə əvəz olunub.

 

Ucar-Zərdab hava xəttinin yenidən qurulması işləri başa çatmaq üzrədir. Zərdab elektrik şəbəkəsinin yerləşdiyi ərazidə yeni 35/10 kilovoltluq yarımstansiyanın tikintisi davam etdirilir. 65 kilometr məsafədə hava xətləri və dirəklər dəyişdirilib. 65,4 kilometrdə 0,4 kilovoltluq elektrik naqilləri SİP kabellərlə əvəz olunub. 4 min ağac dayaq dəmir-beton və metal dayaqlarla əvəz olunub. Habelə, rayon ərazisində 31 ədəd yeni transformator quraşdırılıb, Yuxarı Seyidlər, Rəvanlı, Məmmədqasımlı, Alıcanlı, İsaqbağı, Bıçaqçı kəndlərində transformatorlar təmin edilib, şəhərdə, Gödəkqobu və Məmmədqasımlı kəndlərində zədələnən transformatorlar yenisi ilə əvəz olunub.

 

Hazırda işlər davam etdirilir.