• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC elektroenergetikadan yazan jurnalistlər üçün təlimlər təşkil edəcək

Paylaşma tarixi: 08 noyabr 2017


Təlimin keçirilməsində əsas məqsəd bu sahədə çalışan jurnalistlərin praktik bilik səviyyələrini genişləndirmək və onları maraqlandıran sualları cavablandırmaqdan ibarətdir.

 

Təlimlər  Tədris Mərkəzində Səhmdar Cəmiyyətin müəllim əməkdaşları tərəfindən aparılacaqdır. Noyabr ayının 18-19 və 25-26-da təşkil ediləcək təlimlərin sonunda iştirakçılar sertifikatla təmin ediləcəklər.

 

Təlimlərdə iştirak etmək istəyən jurnalistlər özləri və çalışdıqları media qurumu haqqında məlumatları və mövzu ilə bağlı son 1 ildə dərc edilmiş məqalələrindən nümunələr göndərmələri xahiş olunur.

 

Müraciətlərinizi noyabrın 12-dək tanriverdimustafayev@azerishiq.az ünvanına göndərə bilərsiniz. Seçilən iştirakçılar noyabr ayının 14-də məlumatlandırılacaqlar.