• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC elektroenergetikadan yazan jurnalistlər üçün seminar keçirir

Paylaşma tarixi: 27 noyabr 2017


25-26 noyabr  2017 -ci il tarixlərində “Azərişıq” ASC-nin Tədris Mərkəzində  Kütləvi  İnformasiya Vasitələrinin nümayəndələri üçün “Azərişıq – Azərbaycan Paylayıcı Elektrik Şəbəkələri” mövzusunda  iki günlük seminar öz işini başa vurdu.

 

Seminarın keçirilməsində əsas məqsəd respublikanın sosial-iqtisadi inkişafında aparıcı rol oynayan “Azərişıq” ASC-nin fəaliyyəti və onun həyata keçirdiyi işlər - Paylayıcı elektrik şəbəkələri, mövcud yarımstansiyalar, elektrik veriliş xətləri, perespektiv inkişaf və s. haqda Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrini ətraflı məlumatlandırmaqdan ibarət idi.

 

Seminarı giriş sözü ilə açan “Azərşıq” ASC-nin İnsan Rüesursları Departamentinin direktoru Xalid Təhməzov Kütləvi İnformasiya Vasitələri ölkəmizin həyatında xüsusi rolunu vurğulamış, KİV nümayəndələri ilə “Azərişıq” ASC-nin əlaqələrinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərişıq daim mətbuatla münasibətlərini şəffaf qurmuş, bu qünkü tədbirdə növbəti beləlayihələrdən biridir. Məqsəd elektroenergetikadan yazan KİV nümayəndələrinə Azərişıq haqda, fəaliyyət spesifikası mövzusunda daha ətraflı və xüsusi bir formatda bilgi verməkdir.  Eyni zamanda o, dövlət təşkilatlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını kütləvi informasiya vasitələrinin mühüm vəzifələrindən hesab olunduğunu bildirmiş və bu günkü seminarın məhz mətbuat nümayəndələrinin  fəaliyyətinə böyük köməklik  göstərəcəyini qeyd etmişdir.  

 

Sonra “Azərşıq” ASC-nin əməkdaşları tərəfindən mətbuat nümayəndələrinə Elektroenergetika sisteminin tərkib hissəsi olan paylayıcı şəbəkə, yarımstansiyalar avadanlıqlar, elektrik veriliş xətləri haqda məlumat verdikdən sonra  “Azərişıq” ASC-nin perspektiv fəaliyyəti haqqında da  danışıldı.

 

Günün sonunda mətbuat nümayəndələri Tədris Mərkəzində Azərbaycan elektroenergetikasının tarixi haqda müəyyən bilgilər aldıqdan sonra Binəqədi rayonunda yerləşən 1914-cü ildə tikilmiş, 2009-cu ildə bazasında yaradılmış “Yarımstansiya-Muzey”ə ekskursiya etdilər. 

 

Qeyd edək ki, seminarın ikinci günü məruzəçilər tərəfindən elektrik enerjisinin uçotunun qurulması və istehlakına nəzarət, elektrik sayğacları, Smart sistemlər, paylayıcı qurğular və s. haqda KİV nümayəndələrinə məlumat verildi. Günün sonunda “Azərşıq” ASC-nin  110 kV-luq yarımstansiyalarından biri olan MDB məkənında eleqaz izolyasiyalı avadanlıqları ilə yaradılmış ilk qapalı “İçəri Şəhər” yarımstansiyasına ekskursiya təşkil olundu.

 

Ümid edirik ki, bu seminar  ölkəmizdə  elektrik enerjisi təsərrüfatının inkişafı, infrastrukturun yenidən qurulması,  əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerji ilə təminatı sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılması sahəsində faydalı olacaqdır.

 

Sonda Tədris Mərkəzində  Kütləvi  İnformasiya Vasitələrinin nümayəndələri üçün “Azərişıq – Azərbaycan Paylayıcı Elektrik Şəbəkələri” mövzusunda  iki günlük seminarda iştirak etmiş jurnalistlərə “Azərişıq” ASC-nin Sertifikatı təqdim olundu.