BAKI ŞƏHƏRİNİN ELEKTRİK TƏCHİZATININ ETİBARLIĞI VƏ DAYANIQLIĞI BARƏDƏ HESABAT

 

Paytaxt Bakı şəhəri üzrə 2017-ci il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,87 saat təşkil edib.

 

Ötən il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,98 dəfə olub.

 

Bu göstəricilər əvvəlki illərlə müqayisədə həm müddət, həm də say baxımından aşağıdır. Bunun başlıca səbəbi son 10 ildə Bakı şəhərini paylayıcı şəbəkəsində mövcud olan 33 ədəd 110 kV-luq yarımstansiyadan 25-nin tikilərək tam yenidən qurulması, 80 ədəd 35 kVluq yarımstansiyanın inşa edilməsidir ki, həmin yarımstansiyalardan son 4 ədədi bir il əvvəl istismara buraxılıb. Bununla yanaşı paytaxtın 90 faizində yeraltı kabelləşmə işininn həyata keçirilməsi və yaradılan dairəvi elektrik təchizat sxemlərinə qoşulması da Bakı şəhərinin elektrik təchizatının etibarlılığına və dayanıqlığına müsbət mənada təsir göstərib.