Azərbaycan Respublikasının Nazirlər Kabineti Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddinin təsdiq edilməsi haqqında Qərar #145

28.06.2018 / 49 baxış

Bakı şəhəri, 14 iyun 2006-cı il

"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli, 312 nömrəli Fərmanının 1.4-cü yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 2006-cı il üçün 30 manat məbləğində müəyyən edilsin.

2. Bu qərar 2006-cı il iyulun 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ