Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 2 Fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik Enerjisindən İstifadə Qaydaları"nda dəyişikliklər edilməsi haqqında QƏRAR №124

28.06.2018 / 58 baxış

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

 QƏRAR

 № 124

 Bakı şəhəri, 12 iyun 2013-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

 "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183) ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü bəndin birinci cümləsində "layihə təşkilatları" və beşinci cümləsində "layihə təşkilatı" sözləri müvafiq olaraq "layihəçilər" və "layihəçi" sözləri ilə əvəz edilsin;

2. 2.4-cü bəndin dördüncü cümləsində "layihə sənədlərində" sözləri "tikinti layihəsində" sözləri ilə əvəz edilsin;

3. 2.5-ci bənd üzrə:

3.1. birinci hissənin birinci cümləsində "layihə təşkilatının" sözləri "layihəçinin" sözü ilə əvəz edilsin;

3.2. birinci hissənin ikinci cümləsində və ikinci hissədə "layihə sənədlərinin" sözləri "tikinti layihəsinin" sözləri ilə əvəz edilsin;

4. 3.1-ci bənddə "normativ sənədlərə" və "layihə sənədləri" sözləri müvafiq olaraq "texniki normativ hüquqi aktlara" və "tikinti layihəsi" sözləri ilə əvəz edilsin;

5. 6.1-ci bənddə "normativ sənədlərə" sözləri "texniki normativ hüquqi aktlara" sözləri ilə əvəz edilsin;

6. 9.3.9-cu yarımbənddə "normativ sənədlərin" sözləri "texniki normativ hüquqi aktların" sözləri ilə əvəz edilsin.

 

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə