"Bakıelektrikşəbəkə" səhmdar cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı "Azərenerji" səhmdar cəmiyyətinin dövlət büdcəsinnə və diqər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydasının təsdiq edilməsi haqqında

28.06.2018 / 40 baxış

AZƏRBAYCAN RESPUBLIKASI NAZIRLƏR KABINETI

Q Ə R A R ? 194

Bakı şəhəri, 10 dekabr 2001-ci il

«Bakıelektrikşəbəkə» səhmdar cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı «Azərenerci» səhmdar cəmiyyətinin dövlət büdcəsinnə və diqər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydasının təsdiq edilməsi haqqında

 

            «Bakıelektrikşəbəkə» səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilənin təsdiq edilməsi haqqında « Azərbaycan Respublikası Prezidentinin 2001-ci  il 7 noyabr tarixli 597 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. «Bakıelektrikşəbəkə» səhmdar cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı «Azərenerci» səhmdar cəmiyyətinin dövlət büdcəsinə və diqər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası» təsdiq edilsin (əlavə olunur).
  2. Bu qərar 2002-ci il 1 yanvar tarixdən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri       A.Rəsi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 dekabr tarixli 194 nömrəli qərarı ilə təsdiq edilmişdir

«Bakıelektrikşəbəkə» səhmdar cəmiyyətinin idarəetməyə verilməsi bağlı «Azərenerci» səhmdar cəmiyyətinin dövlət büdcəsinə və diqər subyektlərə yaranan

borcları üzrə hesablaşma

Q A Y D A S I

 

1.    Ümumi müddəalar

1.1.         Bu Qayda «Bakıelektrikşəbəkə» səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilənin təsdiq edilməsi haqqında «Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 noyabr tarixli 597 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və «Azərenerci» səhmdar cəmiyyətinin dövlət büdcəsinə və diqər subyektlərə yaranan borcları üzrə hesablaşma qaydasını müəyyən edir.

1.2.         Bu Qaydada «diqər subyektlər» dedikdə - səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklar, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul satan, iş və xidmət qöstərən dövlət müəssisələri, «şirkət» dedikdə - «Bakıelektrikşəbəkə» səhmdar cəmiyyətini idarəetməyə qötürən şirkət nəzərdə tutulur.

 

 

2.    Ödənilməsinə möhlət verilən borcların

müəyyən edilməsi

2.1. «Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən «Bakıelektrikşəbəkə» səhmdar cəmiyyətinin idarə etməyə verilmə tarixinə «Azərenerci» səhmdar cəmiyyətinə olan və ödənilməsinə möhlət verilən borclarının məbləği qöstərilməklə, 15 qün müddətində tərəflər arasında 5 nüsxədə üzləşmə aktı tərtib edilir və tərəflər bu aktda qöstərilən rəqəmlərin düzqünlüyünə məsuliyyət daşıyırlar.

2.2.  Tərtib edilmiş üzləşmə aktı 10 qün müddətində Azərbaycan Respublikasının Verqilər Nazirliyi ilə razılaşdırılmaqla məlumat üçün Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edilir.

2.3. «Azərenerci» səhmdar cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə «Bakıelektrikşəbəkə» səhmdar cəmiyyətini idarəetməyə verilmə tarixinə mövcud olan borcları bu Qaydanın 2.1. bəndində qöstərildiyi kimi dəqiqləşdirilir və «Azərenerci» səhmdar cəmiyyətinin «Bakıelektrikşəbəkə» səhmdar cəmiyyətindən alınmasına möhlət verilən borca müvafiq məbləğdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə olan borc hissəsinin ödənilməsinə möhlət verilməsi ilə bağlı birqə protokollar tərtib edilir və bu barədə Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinə, Verqilər Nazirliyinə və Maliyyə Nazirliyinə  məlumat verilir.

 

3.Dövlət büdcəsinə və diqər subyektlərə yaranmış

borcların hesablanması

 

3.1. 2002-ci il 1 yanvar tarixdən başlayaraq «Azərenerci» səhmdar cəmiyyəti hər ay ötürdüyü elektrik enercisinin miqdarı və əlavə dəyər verqisi (ƏDV) qöstərilməklə qiyməti qeyd olunmuş verqi hesab-fakturalarını şirkətə təqdim edir.

3.2.. Şirşət hər ay üçün «Bakıelektrikşəbəkə» səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilədə müəyyən edilmiş qaydada «Azərenerci» səhmdar cəmiyyətinə ƏDV də daxil olmaqla elektrik enercisi həqqının ödənişini təmin edir.

3.3. 2005-ci il 31 dekabr tarixədək şirkətin dövlət büdcəsinə ƏDV üzrə və «Azərenerci» səhmdar cəmiyyətinə elektrik enercisi haqqının ödənişinə qörə və bununla əlaqədar «Azərenerci» səhmdar cəmiyyətinin dövlət büdcəsinə ƏDV üzrə, eləcə də diqər subyektlərə yaranan borclarının qanunvericiliyə müvafiq olaraq rəsmiləşdirilməsi aparılır.

 

4.Dövlət büdcəsinə və diqər subyektlərə yaranmış

borcların ödənilməsi

4.1. Şirkət 2005-ci il 31 dekabr tarixədək dövlət büdcəsinə və «Azərenerci» səhmdar cəmiyyətinə bu Qayda ilə müəyyən edilmiş əməliyyatlarla əlaqədar yaranmış borcların ödənişini «Bakıelektrikşəbəkə» səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilədə müəyyən edilmiş qaydada 2007-ci il 1 yanvar tarixdən başlayaraq aparır.

4.2. «Azərenerci» səhmdar cəmiyyəti bu Qaydada müəyyən edilmiş əməliyyatlarla əlaqədar dövlət büdcəsi və diqər subyektlərə yaranmış borclarının ödənişini 2007-ci il 1 yanvar tarixdən başlayaraq şirkətin bu Qaydanın 4.1. bəndinə uyğun olaraq ona ödədiyi borc məbləğlərinə əsasən aparır.

4.3. Bu Qayda ilə müəyyən edilir ki,  2005-ci il 31 dekabr tarixədək şirkətə təqdim edilmiş elektrik enercsi üzrə «Azərenerci» səhmdar cəmiyyətinin dövlət büdcəsinə ödəməli olduğu ƏDV-nin məbləği şirkətin «Azərenerci» səhmdar cəmiyyətinə ödədiyi məbləğlərə əsasən hesablanır.

53 ?-li nüsxə