"Bakıelektrikşəbəkə" səhmdar cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar borcları və büdcə hesablaşmaları haqqında

28.06.2018 / 43 baxış

“Bakıelektrikşəbəkə səhmdar cəmiyyətinin idarəetmək hüququna dair Müqavilənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 noyabr tarixli 597 nömrəli Fərmanın icrasının təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1.”Bakıelektrikşəbəkə” səhimdar cəmiyyətinin səmərəli fəaliyyətinin təmin olunması məqsədi ilə onun Azərbaycan Respublikasının "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında" Qanununun tətbiq dairəsinə aid olan borclarının ödənilməsinə idarəetmə müddətində möhlət verilsin.

2.2005-ci il 31 dekabr tarixədək olan müddət ərzində istehlak edilən elektrik enerjisinə görə əlavə dəyər vergisi üzrə büdcə ilə hesablaşmalar istehlakçılardan daxil olmuş məbləğlər əsasında aparılsın.

3.Bu qərar 2002-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

Azərbaycan RespublikasınınBaş naziri

A.Rasi-zadə