Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28.06.2018 / 69 baxış

Azərbaycan Respublikasının aztəminatlı vətəndaşlarının rifahını yaxşılaşdırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin:

1.1. Yaşa görə müavinət—30 manat;

1.2. Əlilliyə görə müavinət:

1.2.1. əlillik «ümumi xəstəlik», «hərbi xidmət dövründə xəstələnmə», «əmək zədəsi və peşə xəstəliyi», «hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar», «Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar», «uşaqlıqdan əlillik» səbəbindən baş verdikdə:

I qrup əlillərə—35 manat

II qrup əlillərə—25 manat

III qrup əlillərə—20 manat

1.2.2. əlillik «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» və «1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar» səbəbindən baş verdikdə:

I qrup əlillərə—75 manat

II qrup əlillərə—60 manat

III qrup əlillərə—55 manat

1.2.3. əlillik «Çernobıl AES-də hərbi xidmətlə əlaqədar» və ya «hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar» səbəbindən baş verdikdə:

I qrup əlillərə—70 manat

II qrup əlillərə—60 manat

III qrup əlillərə—45 manat

1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət—35 manat;

1.4. ailə başçısını itirməyə görə müavinət—25 manat;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət—10 manat;

1.6. bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət—15 manat;

1.7. uşağın anadan olmasına görə müavinət—35 manat;

1.8. dəfn üçün müavinət—65 manat;

1.9. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə—15 manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

2.1. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının yeni həddi təsdiq edilənədək kommunal və digər xidmətlər üzrə tariflərin artırılması ilə əlaqədar «Ailənin orta aylıq gəlirlərinin hesablanması Qaydası»na müvafiq dəyişikliklər etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. «Azərbaycan Respublikası Prezidentinin «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 2006-cı il 24 fevral tarixli, 373 nömrəli Fərmanının 3.2.1., 3.2.2., 3.2.3., 3.2.4., 3.2.6., 3.2.7., 3.2.9-cu və 3.2.10-cu bəndləri, bu Fərmanın 1.9-cu bəndində göstərilən şəxslərə münasibətdə Azərbaycan Respublikası Prezidentinin «Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında» 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilsin.

4. Bu Fərman 2007-ci il fevralın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 22 yanvar 2007-ci il

? 514

«Azərbaycan» qəzetində dərc edilmişdir (23 yanvar 2007-ci il, ? 13) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2007-ci il, ? 1, maddə 7) («VES Consultancy» LLC).

27 may 2008-ci il tarixli, 762 nömrəli Fərmana əsasən dəyişikliklərlə