Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

28.06.2018 / 80 baxış

Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları və su ilə təminatını yaxşılaşdırmaq və bu sahələrdə maliyyə intizamını gücləndirmək məqsədi ilə qərara alıram: 
1. «Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı» təsdiq edilsin (Əlavə 1). 
2. «Su sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı» təsdiq edilsin (Əlavə 2). 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyatı nazirliklər və digər dövlət orqanları ilə birlikdə enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi proqramlarında nəzərdə tutulan tədbirlərin tam həyata keçirilməsini təmin etsin. 
4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

HeydəƏLİYEV.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 mart 2002-ci il.

? 893. «Azərbaycan» qəzetində dərc olunmuşdur (26 mart 2002-ci il, ? 67) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, ? 2, maddə 138).

Əlavə 1 Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 mart tarixli 893 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir

Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı Problemin mahiyyəti Son illər ölkədə enerji sektorunun inkişafı sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Yalnız 2000-2001-ci illər ərzində Yenikənd Su Elektrik Stansiyasının, Bakı İstilik Elektrik Mərkəzinin, «Etilen-Polietilen» zavodunda buxar generatorunun istismara verilməsi və Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulması nəticəsində ölkənin generasiya gücü 265,5 mVt artmışdır. Hazırda gücü 400 mVt olan «Şimal» DRES-nin və digər yeni elektrik stansiyalarının tikintisi, köhnəlmiş avadanlıqların yeniləşdirilməsi, ötürücü xətlərin quraşdırılması və s. layihələr üzrə işlər davam etdirilir. Bütün bunlar əhalinin və müəssisələrin enerji daşıyıcılarına olan tələbatının tam ödənilməsi üçün əlverişli zəmin yaradır. Bununla bərabər, enerji sektorunda bir sıra problemlər də mövcuddur. Onlardan biri də qarşılıqlı ödəmələr və bunun nəticəsi kimi müəssisələr tərəfindən büdcə öhdəliklərinin yerinə yetirilməməsi problemidir. Problemin əsas mahiyyəti ondan ibarətdir ki, «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən (bundan sonra—ARDNŞ) alınan neft məhsullarının və qazın haqqının ödənilməməsi səbəbindən ARDNŞ də, öz növbəsində, dövlət büdcəsinə vergiləri tam həcmdə ödəyə bilmir. Nəticədə «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinin büdcədən dolayı şəkildə subsidiya alması prosesi baş verir. Hesablamalara görə təkcə 2001-ci ildə elektrik enerjisinin istehsalı üçün ARDNŞ tərəfindən «Azərenerji» Səhmdar Cəmiyyətinə 1,5 trln. manatlıq (315 mln. ABŞ dolları) yanacaq verilmişdir. Verilmiş yanacağın dəyəri beynəlxalq qiymətlərlə 1,9 trln. manat (396 mln. ABŞ dolları) təşkil edir. 2001-ci ildə Dövlət Neft Şirkəti tərəfindən «Azəriqaz» Səhmdar Cəmiyyətinə 273 mlrd. manat (57 mln. ABŞ dolları) dəyərində («Azərenerji» Səhmdar Cəmiyyəti üçün nəzərdə tutulmuş qaz istisna olmaqla) qaz verilmişdir. Verilmiş qazın beynəlxalq qiymətlərlə dəyəri 897 mlrd. manat (187 mln. ABŞ dolları) təşkil edir.

Ümumilikdə, Dövlət Neft Şirkəti tərəfindən haqqı ödənilmədən daxili qiymətlərlə «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinə cəmi 1,8 trln. manatlıq (372 mln. ABŞ dolları), beynəlxalq qiymətlərlə isə cəmi 2,8 trln. manatlıq (583 mln. ABŞ dolları) yanacaq verilmişdir. Eyni zamanda əhali və müəssisələr tərəfindən istehlak olunan elektrik enerjisinin və qazın haqqının ödənişi aşağı səviyyədə olmuşdur. 2001-ci ildə elektrik enerjisi üzrə yığımın səviyyəsi 27%, qaz sektoru üzrə isə