“AZƏRİŞIQ” ASC –nin  Laboratoriya haqqında məlumat

 

“Azərişıq “ ASC Satınalma İdarəsi tərəfindən Mərkəzi anbara daxil olan sayğaclar gündəlik zəruri tələbata uyğun olaraq Sayğac Test vəTəmir Laboratoriyasına (bundan sonra Laboratoriya)mədaxil olunur. Xam  sayğacların xəta faizləri və fiziki parametrləri  Laboratoriyanın  illik attestasiyadan keçmiş test sınaq qurğularında nominal cərəyanın 10%, 50 % və 100% -i qədər yüklənmə prinsipi ilə yoxlanılır,Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST)səlahiyyətli nümayəndəsinin iştirakı ilə möhürlənir. Daha sonra ORACLE (DOTO) komputer informasiya  bazasında (bundan sonra İB)2 pilləli şəkildə sayğacların qeydiyyatı aparılır və Laboratoriya anbarında istifadəyə hazır şəkildə saxlanılır. Gündəlik iş tələbatına uygun olaraq RETSİ lər üzrə bölüşdürülərək Sayğac Anbarından müvafiq İdarələrə istifadə edilməsi üçün göndərilir.

 

Müvafiq RETSİ lərdə Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin mühəndislərinin nəzarəti ilə texnikləri tərəfindən Rayon İdarəsi tərəfindən yazılmış aktlar, iş tapşırıqları, xidməti məlumatlar  və Asan Xidmət mərkəzlərindən daxil olmuş sifarişlərə əsasən yeni sayğacların quraşdırılması, dəyişdirilməsi, yenidən yoxlanması və möhürlənməsi,protokollaşdırılması  prosesləri həyata keçirilir. Bütün bu işlər texniki təhlükəsizlik qaydalarına riayət olunmaqla və standarlara uyğun olaraq təcrübəli və ixtisaslı kadrlar tərəfindən həyata keçirilir.

 

Dəyişdirilən sayğaclar yerindəcə torbaya qoyulub möhürlənərək Rəy verilməsi məqsədilə yenidən Laboratoriyaya göndərilir. Laboratoriyada sayğaclarda istismar və istifadə zamanı yaranmış qüsurlar yoxlanılır, proqram əlavələri oxunmaqla müdaxilə ehtimalları nəzərdən keçirilir və mövcud qüsur və ya qüsursuzluq haqqında protokol tərtib olunur. Tərtib olunmuş rəy protokolu müvafiq aktlarla uyğunlaşdırılaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesabatlar şəklində İB daxil olunur.

 

Laboratoriyaya daxil olmuş və rəydən çıxan sayğaclar hər hansı bir qüsur səbəbindən  istismara yararsız oldugu və ya mexaniki və yarım elektron olduğu halda , müvafiq qaydada dövriyyədən çıxarılır, xəta faizləri normal  buraxılan olduğu halda isə təkrarən yuxarıda qeyd olunan qaydada yoxlamadan keçirilərək, möhürlənərək, İB daxil olunur.

 

Hal –hazırda istifadədə 1 fazlı MP106, 3 fazlı MP 306 Smart kart  tipli və VİKO M580DB0T tipli  1faz., VİKO T5100DB0T və CX5CB2E tipli  3faz.  müasir elektron  tipli Türkiyə istehsalı olan sayğaclardır.

 

2015-2018 –ci illər ərzində “AZƏRİŞIQ” dövründə cəmi 775112 ədəd ( o cümlədən 202501 ədəd  Bakı RETSİ üzrə, 502611 ədəd müvafiq Region RETSİ lər üzrə), 2018 ci ilin ilk 4 ayı ərzində isə cəmi 100895 ədəd (o cümlədən 18305 ədəd Bakı, 82590 ədəd Region RETSİ lər üzrə) sayğac quraşdırılmışdır.

 

“Azərişıq” ASC  tərəfindən  elektron yaddaşa  malik(smart ) tipli  sayğacların quraşdırılması və uçotun bərpa olunması planlı şəkildə həyata keçirilir. Qarşıya qoyulmuş hədəflərin icrasının başa çatdırılması  istiqamətində nizamlı formada, uğurla  davam  edir.