• Sayğac nədir?

    İstehsal olunmuş elektrik enerjisi texniki uçotunu eləcədə elektrik enerjisinin müəyyən olunmuş normativlər daxilində səmərəli sərf edilməsinə nəzarəti və enerji haqq hesabını aparan cihaza ( hesablaşma uçot cihazı ) elektrik sayğacı deyilir. Texnoloji proseslərin xarakterlərindən asılı olaraq enerji sərfiyyatının hesablaşmasını aparan elektrik sayğacları elektrik qurğularının tərtibatı qaydalarına (PUQU) uyğun quraşdırılmalı və DÜIST (QOST) tələblərinə müvafiq olmalıdır. Hesablaşma-uçot cihazları (aktiv enerji və reaktiv güc) elektrik sayğacları, elektrik enerjisinin topdan alıb satan istehlakçı və abonentlər lazımı hesablaşma uçot komplektləri ilə təmin olunmalıdır (cəryan və qərqinlik transformatorları). Elektrik təchizatını bir mənbəyindən müxtəlif tarif qruplarına mənsub olan bir neçə istehlakçı qidalandırıla bilər. Bu halda hər tarif qrupu üçün ayrıca uçot cihazları sayğac quraşdırılmalıdır.

  • Sayğac necə oxunur?

    İstifadə etdiyiniz elektrik enerjisi kilovat-saat (kVts) ilə ölçülür. 1 kVts 1 saatda istifadə edilən 1000 vatt-dır. 1 ədəd 100 vatt-lıq lampa 10 saat yanarsa, bu 1 kVts olaraq hesablanır. Sizin sayğacınız hər ay “Azərişıq” ASC əməkdaşları tərəfindən oxunmaqdadır. Sizin ən son götürülən göstərici ilə, bir ay öncəki göstərici arasındakı fərq sizin ay üzrə istifadə etdiyiniz elektrik enerjisinə bərabərdir.

  • İstehlak necə ölçülür?

    İstehlakçıya elektrik enerjisinin buraxılışı müəyyən olunmuş qaydalarla – «Müqavilə» əsasında həyata keçirilir. İstehlakçı ilə enerji təchizatı təşkilatı arasında bağlanılmış müqavilədə istehlakçının adı, gücü, elektrik enerjisindən istifadəni hesablayan elektrik sayğacları və fəaliyyət növü göstərilir. 
    İstehlakçının müqavilədə təyin olunmuş, artıq gücdən istifadə etməsinə, yeni elektrik qurğularını istismara verməsinə və eləcə də şəbəkəyə yeni subabonentlər birləşdirməsinə ancaq elektrik enerjisindən istifadə müqaviləsində müvafiq dəyişikliklər etdikdən sonra enerji təchizatı təşkilatının icazəsi ilə həyata keçirilir. 
    Elektrik enerjisinin texniki uçotunu aparmaq və eləcə də elektrik enerjisinin sərfiyyatına nəzarət üçün stansiya və yarımstansiyalarda, iri tutumlu sənaye müəssisələrdə, strateji əhəmiyyətli obyektlərdə kommersiya müəssisələri və əhali yaşayan evlər və mənzillərdə müvafiq elektrik sayğacları quraşdırılır..

  • Faktura nədir?

    Hesab-faktura tərtib edilən zaman sərf olunan elektrik enerjisi sərfiyyatı abonentin müvafiq istehlakçı qrupuna məxsus olmasından asılı olaraq müəyyən edilmiş tariflə hesablanır, bu zaman abonentə aid sayğacın əmsalı ( cərəyan transformatoru varsa) və sərf edilən enerjinin dəyərindən tutulan Əlavə Dəyər Verqisi (Ə.D.V) nəzərə alınır.

  • Fakturanın ödənilməsi?

    Hesab-faktura abonent üçün ödəniş sənədi sayılır və təqdim olunduğu gündən 30 gün müddətində abonent tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyəri ödənilməlidir. Əks təqdirdə elektrik enerjisinin verilişi dayandırılır. («Elektrik Enerjisindən İstifadə Qaydalarının» 8.14 bəndinə istinadən)

  • Borcumu necə öyrənə və ödəyə bilərəm bilərəm?

    İlk öncə abonentə borcu barəsində məlumat verilir. İstehlakçı elektrik enerjisinə görə yaranmış borcunu aşağıdakı üsullardan hər hansı biri ilə öyrənə və ödəyə bilər. 
    a)    Azərişıq ASC-nin rəsmi veb səhifəsindən abonent kodunu və ya ev telefon nömrəsini daxil etməklə. www.azerishiq.az 
    b)    Mobil telefon vasitəsi ilə “PlayStore” və “IOS Apple Store” Azərişıq ASC-nin mobil applikasiyasını yükləyərək abonent kodunu və ya ev telefon nömrəsini daxil etməklə
    c)    199 Çağrı mərkəzinə zəng etməklə
    d)    Digər internet portallardan (www.gpp.az , www.e-gov.az , www.hesab.az , www.ode.az , www.azericard.com və s. kimi internet portallardan ) öyrənə bilər

  • Çağrı mərkəzinə zəng edirəm telefon nömrəmi daxil edəndə borcumu öyrənə bilmirəm?

    Çağrı mərkəzindən müvafiq düyməni basmaqla borcunu öyrənə bilməyən abonentlərin sistemdə nömrələrinin mövcud olmaması səbəbindən olduğu bildirilir. Bu halın dərhal həll edilməsi üçün operator “Abonent məlumat bazası”-na abonentin nömrəsini anında daxil edir. Abonentə qeyd olunan nüansın ortadan qaldırıldığına dair məlumat verir.

  • Elektrik enerjisindən istifadəyə görə borcun olmaması barədə arayış almaq üçün nə etməliyəm?

    “Azərişıq” ASC abonenti olaraq borcunuzun olmamasına dair arayış almaq üçün aşağıdakı sənədlər tələb olunur. Arayışı istənilən “Asan Xidmət” mərkəzinə yaxınlaşmaqla əldə edə bilərsiniz. 
        Şəxsiyyət vəsiqəsi,
        Mənzilinizin mülkiyyət sənədini,
        Müraciət edən digər şəxsdirsə mülkiyyətçinin notarial qaydada həmin şəxsə verdiyi etibarnamə.
    Qeyd: Zəruri halda abonent kodu, Arayış aldığınız günə borcunuzun olmaması tələb olunur

  • Elektrik enejisi istehlakçısının adının dəyişdirilməsi?

    Elektrik enerjisi istehlakçısının adını dəyişdirmək üçün siz aşağıda qeyd olunmuş sənədləri istənilən “Asan Xidmət” mərkəzinə yaxınlaşmaq təqdim etməklə ad dəyişməni həyata keçirdə bilərsiniz. 
        Şəxsiyyət vəsiqəsi,
        Mənzilinizin mülkiyyət sənədini,
        Müraciət edən digər şəxsdirsə mülkiyyətçinin notarial qaydada həmin şəxsə verdiyi etibarnamə.
        Zəruri halda abonent kodu

  • Qeyri Əhali istehlakçısının ad dəyişdirilməsi?

    Elektrik enerjisi istehlakçısının adını dəyişdirmək üçün siz aşağıda qeyd olunmuş sənədləri istənilən “Asan Xidmət” mərkəzinə yaxınlaşmaq təqdim etməklə ad dəyişməni həyata keçirdə bilərsiniz. 
    1)    Şəxsiyyət vəsiqəsinin surəti, 
    2)    Mülkiyyət sənədinin surəti, 
    3)    Təşkilatın hüquqi nümayəndəsi olduğunu bildirən sənəd. 
    4)    Abonent kodu

  • Bu ay abonentə bildiriş verilməyib. Bu halda abonent nə etməli?

    Bildirişin hansı səbəblə sizə çatmadığı barədə heç bir məlumatımız yoxdur. 
    Belə olduğu halda www.azerishiq.az saytına daxil olmaqla "Borcunu və kodunu öyrən" bölməsində axtarış hissəsində qeydiyyatda olduğunuz rayonu (Rayonun adı və dəqiq ünvanı) və yaxud telefon nömrəsini və abonent kodunu daxil etməklə, Azərişıq ASC-yə olan borcunuz haqqında məlumat ala bilərsiniz. Xatırladaq ki bildirişi təqdim edən şəxsə heç bir şəkildə pul ödəməyin. Bu barədə bildiriş kağızının üzərində də qeyd olunub. Borcunuzu Azəri poçt məntəqələrində, Azərbaycan beynəlxalq bankının ödəmə məntəqələrində və digər online ödəmə portallardan ödəniş etməyiniz qanuna uyğundur.

  • Saycağ normadan artıq çox sərfiyyat yazır. Bu halda nə etməli ?

    Bunun üçün abonent Nərimanov rayonu, Ə. Qayıbov küç (məişət kondisionerləri zavodunun yanı) ünvanında yerləşən "Azərişıq" ASC-yə məxsus sayğac laboratoriyası üzrə şöbəyə müraciət etməyi xahiş olunur.

  • “Azərişıq” ASC-nin rəsmi saytında “Köhnə borc” yazısı var. Bu borc ödənilmələdirmi ?

    Köhnə borc "Azərişıq" ASC-dən əvvəl mövcud olmuş "Barmek Azərbaycan EŞ" MMC-in zamanında yaranmış borcdur. Bu borc hal-hazırda tələb edilmir.

  • Son bir il ərzində ödəmə siyahısını elektron şəkildə necə öyrənə bilərəm ?

    www.azerishiq.az saytına daxil olaraq “Elektron faktura” elektron xidməti vasitəsi ilə siz son bir il ərzində ödəmə siyahısını elektron şəkildə əldə edə bilərsiniz.

  • Sizin şirkətə necə işə düzələ bilərəm?

    Bunun üçün siz “Azərişıq” ASC-nin hüquqi ünvanı və Mərkəzi ofisində yerləşən kadrlar şöbəsinə müraciət etməlisiniz. Ünvan: Bakı şəh, AZ1065, Bakıxanov küç 13 və yaxud şəxsi məlumatlarınızı (CV-nizi) info@azerishiq.az ünvanına e-mail vasitəsilə göndər bilərsiniz.

  • “Orta sərfiyyat” nədir?

    Orta sərfiyyat, sayğac oxuyucusu mənzilə gəlib göstəricini götürə bilmədikdə, yəni qapı bu və ya digər səbəbdən bağlı olduqda yazılır. Orta sərfiyyat günə 20 kVts olaraq hesablanır. Həqiqi göstərici kompüterə daxil edildikdən sonra avtomatik olaraq orta sərfiyyatla hesablanmış borc silinir. Orta sərfiyyatla bildiriş alan abonentlər 2 (iki) ay ardıcıl olaraq göstəricini özləri söyləyə bilərlər. Üçüncü ay isə “Azərişıq” ASC əməkdaşları bilavasitə göstəricini götürməlidir. Abonent tərəfindən söylənilən göstərici dövr yaratdığı halda operator göstəricini kompüterə daxil etmir və məsələnin aydınlaşdırılması üçün mühəndisə bildirir. 

  • Qeyri əhali üçün enerji tariffi neçədir?

    2016-cı il 1 dekabr tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə, enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 5,7 qəpik, pərakəndə satış tarifi isə 9 qəpik müəyyən edilib.

  • Əhali üçün enerji tariffi neçədir?

    2016-cı il 1 dekabr tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə, enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdir.

  • Sms sayğac göstərisinə necə baxmaq olar?

    Sayğacın üzərindəki göy düyməni bir dəfə sıxmaqla sayğac göstəricisini görmək olar.

  • Ödənişdən sonra sayğacın ekranında ancaq ödəniş məbləği əks olunur, əvvəlki məbləğ görünmür?

    Göy düyməni bir dəfə sıxın.

  • Sayğacda balans “0” idi, ödəniş edildi, amma hələ də işığım yanmır?

    Sayğacı işə salmaq üçün Göy düyməni bir dəfə sıxın.

  • Ehtiyat krediti necə götürmək olar?

    Balansda hesab bitdikdə və ya 1 AZN-dən az olduqda,  narıncı düyməni 1 dəfə sıxmaqla 10Azn kredit almaq olar.

  • Bazar ertəsi səhər saat 8-də, balansda məbləğm olmağına baxmayaraq işığım sönüb?

    Cümə günündən etibarən (saat 18:00-dan sonra), balansda məbləğ bitdikdə şənbə və bazar günləri sms sayğac borc kredit hesablamaqla elektrik enerjisi verilişini dayandırmır, bazar ertəsi səhər saat 8:00-da kontaktoru açır və ekranında borc (ödəniləcək) məbləği əks etdirir.

  • Ödənilən məbləğ Sms sayğacda əks olunmur?

    a)    Abonentin borcu var və ödənilmiş məbləğ sistem tərəfindən borca çıxılıb;
    b)    Sayğacın mobil rabitə şəbəkəsində problem var, əməkdaşlar yerində baxıb problemi aradan qaldırmalıdır.
    c)    Mərkəzi idarə etmə sistemində təkmilləşmə işləri aparılır, ödənilən məbləğ bir müddət sonra ekranda əks olunacaq.

  • Mənzildə (və ya obyektdə) əlavə avadanlıq qoşan kimi – sayğacın kontaktoru açılır?

    a.    7 kVt yükə qədər tənzimlənmiş sms sayğaclar məişət abonentləri üçün bu yük həddinə qədər texniki şərt tələb olunmur), əlavə yük həddini hesabladıqda kontaktoru açır.
    b.    qoşulan avadanlıq nasaz olduqda, sms sayğac, qəza hallarının baş verməməsi üçün kontaktoru açır. Qoşmaq üçün göy düyməni 2 dəfə sıxmaq kifayətdir. Əgər eyni hal təkrar baş verərsə, xəttin və avadanlığın yoxlanması üçün Şəbəkə rayonunun İstismar şöbəsinə müraciət olunmalıdır.

  • Balansda məbləğ bitib, ehtiyat kreditdən də istifadə olunub, ödəniş edilib amma məbləğ sayğaca çatdırılmayıb?

    Sms sayğacın ehtiyat kredit məbləği xüsusi hallarda istifadə üçün nəzərdə tutulmuşdur. Belə hallara: mobil rabitə şəbəkəsində yarana biləcək müvəqqəti fasilələr, Sms sayğac bazası və ya ümumi proqram təminatında aparılan profilaktik işlər də aiddir. Digər hallarda, ehtiyat kreditin istifadə sonrası məsuliyyəti abonentin üzərində qalır və profilaktik işlər yekunlaşana qədər gözləməsi tövsiyyə edilir.

  • Adi elektron sayğacımı Sms sayğacla əvəz olunması üçün nə etməliyəm?

    Rayon elektrik təchizatı şəbəkəsinə yazılı müraciət olunmalıdır, sms sayğac mütəxəssisləri yerində GSM rabitə siqnal səviyyəsinin qənaətbəxş olmasını yoxladıqdan sonra SQ və UN idarəsi rəhbərliyinə yazılı müraciət edir, müsbət cavab alındıqdan sonra elektron sayğac Sms sayğacla əvəz edilir.

  • SMS sayğac elektrik enerjisini çox hesablayır. Əvvəlki mexaniki sayğac az yazırdı?

    Elektron sayğacların həssaslığı yüksək olduğu üçün kiçik cərəyan hədlərini də hesablayır. Mexaniki sayğacların həssaslığı aşağı həddə olduğu üçün elektron sayğacla əvəz olunduqda, kiçik qiymətli cərəyan axını (və ya buna qədərki itkilər) da qeyd edilir, nəticədə sərfiyyat göstəriciləri fərqli olur.

  • Borcum olduğu halda sayğacım sms sayğacla əvəz edilib. Öncədən ödəniş sistemli sayğacın balansında məbləğ olması və ya borcumun hissə-hissə ödənilməsi üçün nə etməliyəm?

    Satış departamenti direktoru və ya müavinlərinin adına yazılı müraciət olunmalıdır, müsbət cavab alındığı halda aylar üzrə borcun ödənilməsi cədvəli tərtib edilir.

  • Ödəniş etmişəm amma sayğacda məbləğ görünmür, içığım yanmır?

    Sayğacın balansı “0” olduqda ehtiyat kreditdən istifadə edilib, sonradan ödənilən məbləğ ehtiyat kredit məbləğindən az olarsa sayğac kontaktorun qoşulmasına icazəm vermir. Ödəniş məbləği EK məbləğindən artıq olmalıdır.

  • Narıncı düymə sıxılmayıb, amma sayğacda “10.04” balans göstərir, işığım yanmır.

    Ehtiyat kreditdən istifadə edilib, abonent bazasında həmin abonentin “ödəniş-sərfiyyat” fərqi ən azı 10Azn qədər əks etdirilir.

  • Abonent koduna köçürmə ilə ödəniş edilib, amma sayğaca həmin balans yüklənməyib.

    Köçürmə yolu ilə aparılan əməliyyatlar ödəniş bazasına bir-neçə iş günü ərzində çatdırılır. Abonentlər bunu nəzərə alaraq, balanslarında həmin müddətə kifayət edəcək qədər məbləğ qalanda köçürməni həyata keçirməlidirlər.

  • Smart kart sayğacın kartına balans yüklənir, lakin sayğaca həmin balansı ötürmək olmur

    a.    smart kart sayğac nasazdır, mütəxəssislər yerində sayğacı yoxlayıb, lazım gəldikdə yenisi ilə əvəz  edir.
    b.    smart kart sayğacın kartı yararsızdır, kart yenisi ilə əvəz edilir.
    * Hər iki halda abonent RETSİ rəhbərliyinə və ya SMS sayğac şöbəsinə yazılı müraciət etməlidir.

  • Smart kart sayğacın kartı kart yuvasına daxil olmur.

    sayğacın kart yuvasına kənar cisim daxil edildikdə belə hal baş verir. Yerində problemi aradan qaldırmaq mümkün olmadıqda, abonentin yazılı müraciəti əsasında sayğac yenisi ilə əvəz edilir.

  • Smart kart sayğac qabaqcadan ödəniş sistemli olduğu halda borcun olduğu iddia edilir

    bəzi smart kart sayğaclarda balans “0” olmasına baxmayaraq, sayğacın kontaktoru açılmır, hesabat “-A” – mənfi aktiv enerji rejimində (borc rejimi) aparılır, sayğac oxunması prosesindən sonra sərfiyyat borcu yaranır, sayğac yenisi ilə əvəz edilir.

  • Smart kart sayğacın ödəniş Kartı itdikdə (zədələndikdə) nə edilməlidir?

    a.    RETSİ rəhbərliyinə yazılı müraciət edilir, rüsumu ödənilməklə yeni kart əldə edilir
    b.    “ASAN Xidmət” ofislərindəki “Azərişıq” ASC nümayəndəsinə müraciət etməklə, rüsumu ödənilməklə yeni kart əldə edilir.

  • Elektron sayğacı Smart Kart sayğacla əvəz etmək üçün nə edilməlidir?

    Bakı şəhəri ərazisində smart kart sayğacların balans artırma məntəqəsi olmadığı üçün öncədən ödəniş sistemli sms sayğacla əvəz edilməsi tövsiyyə olunur. Bunun üçün: Rayon elektrik təchizatı şəbəkəsinə yazılı müraciət olunmalıdır, sms sayğac mütəxəssisləri yerində GSM rabitə siqnal səviyyəsinin qənaətbəxş olmasını yoxladıqdan sonra SQ və UN idarəsi rəhbərliyinə yazılı müraciət edir, müsbət cavab alındıqdan sonra elektron sayğac Sms sayğacla əvəz edilir.

  • SMS (və ya smart kart) sayğac sərfiyyatı çox hesablayır.

    Abonentin yazılı müraciəti daxil olduqdan sonra, SMS sayğac mütəxəssisləri yerində sayğacı yoxlayır, yoxlama nəticələri sənədləşdirilir, “Sayğac Yoxlama Blankı”nın bir nüsxəsi abonentə təqdim edilir.

  • Obyektin sayğacı sms sayğacla əvəz edilib, borc yaranıb.

    a.    çıxan sayğac göstəricisi oxunub, bazaya salınıb, nəticədə borc yaranıb.
    b.    Yeni quraşdırılan və çıxarılan sayğaclar arasındakı dəyər fərqi fiziki olmayan şəxslər (abonentlər) tərəfindən ödənilir. 

  • "Azərişıq" ASC-nin Tədris Mərkəzində tədris olunan kurslarda necə iştirak edə bilərəm?

    Bunun üçün Bakı şəhəri, Nərimanov rayon, 830-cu məhəllə Əhmədbəy Ağaoğlu küçəsi 15A ünvanında yerləşən tədris mərkəzinə müraciət etməlisiniz. 

Close