20 oktyabr Azərbaycan energetiklərinin peşə bayramı günüdür
19.10.2018 / 351 baxış
Hörmətli “Azərişıq” ASC-nin əməkdaşları!
Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il oktyabr ayının 20-si “Energetiklər günü” kimi qeyd edilir.
Ölkə iqtisadiyyatının inkişafında müstəsna xidmətləri olan Azərbaycan energetiklərinin peşə bayramı münasibəti ilə “Azərişıq” ASC-nin bütün kollektivini səmimi qəlbdən təbrik edir, energetika sahəsində aparılan islahatların həyata keçirilməsindəki səmərəli və məsuliyyətli fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
V. Əhmədov
"Azərişıq" ASC Sədri vəzifəsini icra edən