“Azərişıq” ASC Lerikin ucqar dağ kəndləri olan Hücü və Dico kəndlərində elektrik enerjisini bərpa edib.
Yanvarın 11-də güclü qar yağması nəticəsində Lerikin rayonunun Hücü və Dico kəndlərinə gedən elektrik naqillərində qəza baş verib və elektrik enerjisinin verilişində fasilə yaranıb.
Qarlı, şaxtalı havada dağlıq ərazidə yerləşən kəndlərə avtomobillə hərəkət etmək mümkün olmayıb. Bu səbəbdən “Azərişıq” əməkdaşları mal-material təchizatı ilə birlikdə 8 km-lik yolu piyada qət edərək baş vermiş qəzanı aradan qaldırıblar.
Qeyd edək ki, Hücü kəndinin 8, Dico kəndinin 25 abonenti var.
Digər xəbərlər
- “Azərişıq” ASC öz fəaliyyətində prioritetlərdən sayılan elektron xidmətlərin sayını artırır. 30 Yanvar 2024
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir. 19 Fevral 2024
- Xırdalan şəhərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 29 Mart 2024
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması üçün tədbirlər həyata keçirir 26 İyul 2024
- Sahibkarlara elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlı məlumatlar verilir 13 Fevral 2024