“Azərişıq” ASC və KİVDF tərəfindən jurnalistlər üçün təşkil olunan yazı müsabiqəsinin qalibləri müəyyənləşdi.
Sahəvi jurnalistikanın inkişafının stimullaşdırılması məqsədi ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən müsabiqə çərçivəsində jurnalistlər üçün öncə 5 günlük təlim təşkil edildi.
Təlimlərdə jurnalistlər energetika sahəsinin xüsusiyyətləri və “Azərişıq” ASC-nin 5 illik fəaliyyəti ilə tanış oldu, onlara həyata keçirilən layihələr, mövcud yarımstansiyalar, tətbiq olunan innovativ yeniliklər, elektrik veriliş xətləri haqqında ətraflı məlumat verildi. Təlimlərin yekununda media nümayəndələri üçün Yarımstansiya muzeyi və Yeni Yaşma Külək Elektrik Parkına ekskursiyalar təşkil edildi. Sonra təlim iştirakçıları layihənin digər mərhələsinə - “Azərişıq” ASC-nin 5 illik fəaliyyəti – inkişafın işıq surəti” mövzusunda yazı müsabiqəsinə qatıldı.
Müsabiqə mərhələsində yazıların qiymətləndirilməsi təşkilatçılar tərəfindən cəlb edilmiş müstəqil ekspertlər tərəfindən həyata keçirildi. Elan olunan mövzuda 3 (üç) əsas mükafatçı müəyyən edildi və müfakatlandırıldı.
Digər xəbərlər
- “Azərişıq” ASC və Ali təhsil müəssisələri arasında əməkdaşlıq 08 İyun 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024
- “Azərişıq” ASC Lerikdə sahibkarlarla görüş keçirib 15 İyul 2024
- “Azərişıq” ASC Şirvanda yenidənqurma işlərini davam etdirir. 19 Aprel 2024
- “Azərişıq” ASC-nin gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb. 02 İyul 2024