![“Azərişıq” ASC Yevlaxın 4 kəndində yenidənqurma işləri aparır.](/uploads/2023/07/18/news/1169/large/1169-0610249.jpg)
Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC bölgələrdə yenidənqurma işlərini davam etdirir. Yevlax rayonunun Nemətabad, Duzdağ, Bünyadabad və Nərimanabad kəndləri də elektrik şəbəkəsi yenilənən ərazilər sırasındadır.
Adı çəkilən kəndlərə elektrik enerjisi Yevlax Elektrik Şəbəkəsinin balansında olan 110/35/10 kv-luq Yevlax yarımstansiyasından çıxan hava xətti vasitəsi ilə verilir. 1960-cı illərdə çəkilmiş bu xətlərin 4 km-ə yaxın hissəsi meşə zolağından keçirdi. Kəskin hava şəraitində qəzaların qaçılmaz olması ilə yanaşı meşə ərazisindən keçdiyi üçün təmiri də vaxt aparırdı.
Hazırda kəndlərə gedən 10 kv-luq hava xəttinin meşə zolağından keçən hissəsini kənarlaşdırmaq üçün mal-material ayrılıb. Yeni dayaqlar basdırılıb, xətlərin çəkilişi davam edir.
Nərimanabad kəndində də yeni dayaqlar basdırılır. Köhnə 0.4 kv-luq xətlər yeni izolyasiyalı kabellərlə əvəzlənir. Həmçinin müasir tipli transformator quraşdırılır və abonenlərin sayğacları yenilənir.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra Nemətabad, Duzdağ, Bünyadabad və Nərimanabad kəndlərində yaşayan abonentlər dayanıqlı və fasiləsiz elektrik enerjsi ilə təmin olunacaq.
Qeyd edək ki, “Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini davam etdirir. Layihə 100-dən artıq kəndi əhatə edir.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin elektrik təchizatı şəbəkəsinə qoşulma xidmətinin elektronlaşdırılması istiqamətində gördüyü işlər davam etdirilir. 31 Yanvar 2024
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 12 Aprel 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşları qəbul edib. 28 İyun 2024
- “Azərişıq” ASC ilə “General Group Co.” MMC-nin birgə peşəkar inkişaf layihəsi. 23 May 2024
- “Azərişıq” ASC Hadrutda maarifləndirici tədbir keçirib 17 İyul 2024