Bu gün alman faşizmi üzərində qələbənin 75-ci ildönümüdür. Böyük Vətən müharibəsi iştirakçısı olan qəhrəmanlarımız hər zaman dövlətin xüsusi qayğısı ilə əhatə olunub. Cənab Prezident İlham Əliyev müharibə veteranlarına, onların ailə üzlərinə hər zaman xüsusi qayğı ilə yanaşıb. Bu xüsusi günlə əlaqədar İkinci Dünya müharibəsi iştirakçısı olan qəhrəmanlarmızı biz də unutmadıq və onlara “Azərişıq”ASC-nin hədiyyələrini çatdırdıq. Cəmiyyətə nümunə olan belə insanlara qayğı ilə yanaşmaq hər birimizin borcudur. Onların keçdiyi tarixi həyat yolu gənclər üçün nümunədir.
Qeyd edək ki, 1941-ci ildә keçmiş SSRİ-nin ikinci dünya müharibəsinə cәlb edilmәsi müttәfiq respublika kimi Azәrbaycanda da bütün sahәlәrdә inkişafın müvәqqәti dayanmasına vә bәzi strukturların hәrbi tәlәblәrә uyğun profilә keçmәsinә sәbәb olmuşdur. Energetiklәr dә istisna tәşkil etmәyәrәk öz işlәrini yenidәn təşkil etməyə başladılar.
Təsadüfü deyil ki, müharibә dövründә tәkcә “Qırmızı Ulduz” DRES-dәn cәbhәyә 86 nәfәr 4-cü dәrәcәli çilingәr getmişdi. Müharibәnin ilk günlәrindә bu stansiyadan ordu sıralarına 280 nәfәr, elektrik şәbәkәlәri idarәsindәn isә 196 nәfәr çağırılmışdı. Müharibә zamanı Azәrbaycan Baş Enerji İdarәsindәn cәbhәyә tәxminәn 1000 nәfәr sәfәrbәr olmuşdu. Onları qadınlar vә çağırış yaşa qәdәrki yeniyetmәlәr әvәz etmәyә başladılar. Beləliklə də müharibә illәrindә enerji sistemindә işlәyәnlәrin 52 faizini qadınlar tәşkil edirdi.
Hәmin dövrdә energetiklәrin qarşısında әsas vәzifә xalq tәsәrrüfatını fasilәsiz elektrik enerjisi ilә tәmin etmәklә yanaşı, müharibә dövrünün yaratdığı digәr vәzifәlәr dә qoyulmuşdu. Azərbaycan energetikləri bütün vəzifələrin öhdəsindən artıqlaması ilə gəlmişdir.
Böyük Vətən müharibəsi veteranlarının müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Müharibədə misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt unudulmayacaq!
Digər xəbərlər
- “Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 98.31% ilə 5 ulduzluq rekord nəticə əldə edib 21 Fevral 2024
- Binəqədi, Sabunçu və Suraxanı rayonlarında təmir, yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 11 Dekabr 2024
- Məişət abonentlərinin hesablaşma elektrik sayğacları harada və necə quraşdırılmalıdır 11 İyun 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Xaçmazda vətəndaşları qəbul edib. 30 Avqust 2024
- “Azərişıq” ASC və Ali təhsil müəssisələri arasında əməkdaşlıq 08 İyun 2024