Hazırda “Azərişıq” ASC-nin Respublikanın fasiləsiz enerji təchizatının təmin olunması istiqamətində gördüyü işlər yekunlaşır. Cari ilin 10 ayında 32 kənddə (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq istehlakçıların elektrik enerjisi təchizatının 24 saat dayanıqlılığı və keyfiyyəti tam təmin olunub. İlin sonunadək isə daha 8 kənddə elektrik şəbəkəsinin yenidən qurulması yekunlaşacaq.
T.Mustafayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli Sərəncamına əsasən, 24 illik fasilədən sonra Astara rayonunun Sekaşan kəndi yenidən elektrik enerjisi ilə təmin olunub. Sərəncama əsasən, Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə “Azərişıq” ASC bir sıra işlər görüb. Astara rayonunun dağlıq ərazisində yerləşən daha 2 ucqar yaşayış məntəqəsinə - Diqo və Dolu kəndlərinə də elektrik enerjisinin verilişi təmin olunub.
Digər xəbərlər
- Debitor borcların yığılması istiqamətində maarifləndirici tədbirlər 10 İyun 2024
- “Azərişıq” ASC Gədəbəydə yenidənqurma işlərini davam etdirir. 14 May 2024
- Müasir standartlara cavab verən sayğacların quraşdırılması 19 İyun 2024
- “Azərişıq” ASC ilə “General Group Co.” MMC-nin birgə peşəkar inkişaf layihəsi. 23 May 2024
- “Azərişiq” ASC Xaçmazda sahibkarlarla görüş keçirib. 04 Aprel 2024