Abonent borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə müraciət etmək üçün www.e-service.azerishiq.az və ya www.azerishiq.az saytı üzərindən keçid etməklə müvafiq portallara daxil olmalıdır. “e-service.azerishiq.az” portalından müraciət etdikdə açılan pəncərədə “Azərişıq” ASC-nin təqdim etdiyi elektron xidmətlərin ümumi siyahısından “Borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə sənədin verilməsi” xidməti seçilməlidir. Açılan növbəti pəncərədən elektron xidmətə daxil olmaq üçün aşağıdakı giriş vasitələrindən biri istifadə olunmalıdır:
-SİMA Rəqəmsal İmza ilə;
-Asan imza ilə;
-SİMA Token (Elektron İmza) ilə giriş;
-İstifadəçi identifikasiya nömrəsi;
-BSXM Elektron imza ilə:
Sistemə daxil olduqda dövlət orqanları portala inteqrasiya olunduğundan bəzi məlumatlar avtomatik olaraq doldurulur. Abonent pəncərədə ulduzdu xanaları doldurur, o cümlədən, əlaqə məlumatları bölməsinə mobil telefon nömrəsini, elektron poçt ünvanını qeyd edir və “Müraciəti göndər” düyməsini tıklayır. Əlaqə məlumatlarında “Mobil No” xanasına mütləq aktiv mobil telefon nömrəsi daxil edilməlidir. Aidiyyəti müraciət xanaları doldurduqdan sonra SMS xidməti və Elektron poçt vasitəsi ilə abonentə müraciətin qeydə alınması və müraciətin nəticəsi barədə məlumat göndərilir.
Həmçinin, abonent müraciətin nəticəsini www.e-gov.az portalında “Müraciətlərim” bölməsindən də yoxlaya bilər.
Digər xəbərlər
- Elektrik enerjisinin təchizatı ilə bağlı müraciətlərin qəbulu, onlara baxılması və bu sahədə istehlakçıların hüquqlarının qorunmasına dair daxili qaydalar 25 İyul 2024
- Sahibkarlara elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlı məlumatlar verilir 13 Fevral 2024
- İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatı “Azərişıq” ASC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. 01 Mart 2024
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir. 19 Fevral 2024
- Xırdalan şəhərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 29 Mart 2024