![“Azərişıq” ASC cənub bölgəsində yenidənqurma işlərini davam etdirir](/app/img/custom_news.png)
"Azərişıq" ASC cari ilin tədbirlər planına uyğun olaraq, Cənub Regional Enerji Təchizatı və Satışı İfarəsinin (RETSİ) inzibati rayonlarında - Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı və Astarada yenidənqurma işlərini davam etdirir. Yenidənqurma işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir.
Bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Astarada jurnalistlərə müsahibəsində deyib.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli Sərəncamı ilə Astara rayonunun 3 yaşayış məntəqəsində - Sekaşan, Diqo və Dolu kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə 1,5 milyon manat vəsaitin ayrıldığını vurğulayan T.Mustafayev deyib: “Sərəncam qüvvəyə mindiyi gündən etibarən bu kəndlərin elektrik enerjisi təsərrüfatının yenidənqurulması işlərinə başlanılıb. Həmin kəndlərə "Azərişıq" tərəfdən 15 ədəd komplekt transformator məntəqəsi (KTM), 12,5 kilometr uzunluğunda 0,4 kilovoltluq hava verilişi elektrik xətləri, 18 kilometrlik 0,4 kilovoltluq özünüdaşıyan izolyasiyalı kabel xətlərinin (ÖİN -SİP kabellər) çəkilməsi nəzərdə tutulub”.
"Azərişıq" rəsmisi qeyd edib ki, bundan əlavə, “Cənub” RETSİ-nin ərazisində yerləşən Biləsuvar rayonunun İsmətli, Cəlilabad rayonunun Maşlık və Ocaqlı, Lənkəranın İstisu və Girdəni, Masallının Ərkivan və Ocaqlı, Lerikin Çayrud kəndlərində yenidənqurma işləri davam edir.
Digər xəbərlər
- Kadr potensialının bilik və bacarıq səviyyələrinin artırılması 07 İyun 2024
- “Azərişıq” ASC-nin gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb. 02 İyul 2024
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 31 May 2024
- ASAN Xidmət mərkəzlərində “Azərişıq” ASC-nin müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir. 03 İyun 2024
- Cəmiyyətin prioritet istiqamətləri 01 Fevral 2024