“Azərişıq” ASC Astara rayonunun Şüvi-Sekaşan, Pəlikeş-Diqo, Abyerud, Doli və Sipiyyət kəndləri üzrə 10/0,4 kilovoltluq elektrik xətlərini çəkəcək şirkəti açıqlayıb.
ASC-yə istinadla xəbər verir ki, “Azərişıq” tərəfindən mayın 30-da Astara rayonunun adıçəkilən kəndləri üzrə 10/0,4 kilovoltluq xətlərin çəkilişi işlərinin satın alınması məqsədilə keçirilmiş açıq tender üzrə təqdim olunmuş iddiaçıların təklifləri Tender Komissiyası tərəfindən qiymətləndirilib. Tender Komissiyasının qərarına əsasən, müvafiq lot üzrə “İMA-Energy” MMC şirkəti qalib elan olunub və satınalma müqavilələri bağlanıb.
Digər xəbərlər
- “Azərişıq” ASC Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. 15 İyun 2024
- Elektrik enerjisinin istifadəsi ilə bağlı maarifləndirmə tədbirləri 14 İyun 2024
- Müasir standartlara cavab verən sayğacların quraşdırılması 19 İyun 2024
- Elektrik təchizatı şəbəkəsinə qoşulma prosedurunda elektron xidmətlərin yeri. 26 Yanvar 2024
- “Azərişıq” ASC Şirvanda yenidənqurma işlərini davam etdirir. 19 Aprel 2024