![“Azərişıq” şimal bölgəsində güclü küləyin fəsadlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür](/app/img/custom_news.png)
“Azərişıq” ASC şimal bölgəsində güclü küləyin fəsadlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür.
ASC-dən bildirilib ki, hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) güclü külək başlayıb və baş verə biləcək kəsinti və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC qabaqlayıcı tədbirlər görür.
“Azərişığ”ın Şimal Regional Enerji Təchizatı və Satışı idarəsi (RETSİ) baş verə biləcək qəzaların qarşısını almağa hazırdır. ASC-nin əməkdaşları və texnikası hazır vəziyyətdədir. Əməkdaşlar bütün əlavə mal-materiallarla təchiz olunub və baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacaqlar.
Digər xəbərlər
- “Azərişıq” ASC cənub rayonlarında baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır. 15 Yanvar 2024
- Kadr potensialının bilik və bacarıqlarının artırılmasında “Mühəndis hazırlığı” kursu. 04 İyun 2024
- “Azərişıq” ASC Hadrutda maarifləndirici tədbir keçirib 17 İyul 2024
- “Azərişıq” ASC Ağdamda yenidənqurma işlərini davam etdirir. 20 İyun 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Masallıda vətəndaşları qəbul edib. 27 Fevral 2024