![“Azərişıq” ASC Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xəttin çəkilişini yekunlaşdırıb](/uploads/2023/05/28/news/1162/large/1162-0282616.png)
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC işğaldan azad olunmuş regionlarımızda yenidənqurma işlərini davam etdirir.
Yüksək dağlıq relyefə, çətin yollara sahib Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində obyektlərə işıq verilib. Bu istiqamətdə 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən istifadə etməklə 22 km uzunluqda xətt çəkilib. 700-dən çox dayaq basdırılıb. 250 kVA gücündə Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Artıq Zod yaşayış məntəqəsi istiqamətində xüsusi obyektlər elektrik enerjisi ilə təmin olunub.
Xatırladaq ki, Azərişıq ASC tərəfindən 18 iyul 2021-ci il tarixində Kəlbəcər şəhəri elektrik enerjisi ilə təmin edilib. Sovet dövründə elektrik enerjisinin olmadığı ucqar ərazilərdə belə yeni şəbəkələr qurulub. Yüksək dağlıq ərazidə yerləşən Alagöllərə ilk dəfə elektrik enerjisi verilib.
26 iyun 2022-ci ildə cənab Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. İşlər bu gün də uğurla davam etdirilir.
Digər xəbərlər
- “Azərişıq” ASC cənub rayonlarında yenidənqurma işlərini davam etdirir. 29 May 2024
- Elektrik enerjisinin istifadəsi ilə bağlı maarifləndirmə tədbirləri 14 İyun 2024
- İstehlakçıların maarifləndirilməsi istiqamətində ən çox verilən suallar 08 İyun 2024
- Sahibkarlıq subyektlərinin ETŞ –yə qoşulması proseduru sadələşdirilir. 14 Mart 2024
- “Azərişıq” ASC-nin gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb. 02 İyul 2024