Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov noyabrın 23-də saat 10:00-da Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul Şəmkir şəhəri, Cahangir Əliyev 33 ünvanında yerləşən “Azərişıq” ASC-nin Şəmkir İdarəetmə və Nəzarət Mərkəzində keçirilib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşları qəbul edib. 28 İyun 2024
- Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib. 09 Aprel 2024
- “Azərişıq” ASC-nin komandası beynəlxalq yarışda birinci olub. 08 İyul 2024
- İstehlakçıların maarifləndirilməsi istiqamətində ən çox verilən suallar 08 İyun 2024
- Cəmiyyətin prioritet istiqamətləri 01 Fevral 2024