“Azərişıq” ASC ölkənin bütün regionlarında, həmçinin, ucqar dağ rayonlarında, sərhədboyu ərazilərdə köhnə elektrik şəbəkələrinin yeniləri ilə əvəzlənməsi üçün əsaslı yenidənqurma və təmir-bərpa işləri aparır. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən yenidəqurma işləri nəticəsində Samux elektrik şəbəkəsinin xidməti ərazisində yerləşən 4 kəndin elektrik təsərrüfatı yenilənib.
Rayonunun Seyidlər, Qədili, Sarıqamış və Sərkar kəndlərində 0.4 və 10 kV-luq şəbəkələrin yenidənqurulması və bərpa işləri tam yekunlaşıb. Həmin kəndlərdə köhnə, açıq naqillər müasir tipli özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Həmçinin, 0.4 kV-luq dayaqlar tamamilə yenilənib. Kəndlərdə yeni sayğaclar, 20 ədəd yeni müasir tipli KTM quraşdırılıb. Hazırda rayonun Alıuşağı kəndində yenidənqurma işləri davam edir.
Samux rayonunun və kəndlərinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə Samux Elektrik şəbəkəsinin xidməti ərazisində 110/35/10 kV-luq istilik yarımstansiyası tam yenidən qurulub istifadəyə verilib. Həmçinin, 35/10 kV-luq Alıuşağı yarımstansiyasında da yenidənqurma işləri başa çatıb.
Yenidənqurma işləri nəticəsində ümumilikdə, 4 kənddə 2 min abonent dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunur. İnvestisiya layihəsi çərçivəsində ölkənin bütün regionlarında, bəzi kənd və qəsəbələrdə elektrik şəbəkələrinin yenilənməsi prosesi paralel şəkildə davam etdirilir.
Digər xəbərlər
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində işlərini davam etdirir. 25 Yanvar 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024
- “Azərişıq” ASC Göyçayda yenidənqurma işlərini davam etdirir. 28 Mart 2024
- “Azərişıq”ASC –də kadr potensialının bilik və bacarıq səviyyələrinin artırılmasında Təlim-Təcrübə Laboratoriyasının rolu 10 İyun 2024
- “Azərişıq” ASC Lənkəranda yenidənqurma işlərini davam etdirir. 29 Mart 2024