![“Azərişıq” ASC-nin rəhbərliyi Goranboyda vətəndaşlarla görüşüb](/app/img/custom_news.png)
Oktyabrın 11-də “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Goranboyda vətəndaşları qəbul edib.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, “Azərişığ”ın müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda Goranboy və Naftalan rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənilib.
V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişığ”ın fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq edib.
Bu gün, həmçinin səhmdar cəmiyyətinin sədr müavini Ramil Yusifov Bərdədə, bu rayondan və Tərtərdən olan vətəndaşların müraciətini dinləyib.
Digər xəbərlər
- “Azərişıq” ASC Bərdədə yenidənqurma işlərini davam etdirir. 05 Aprel 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşları qəbul edib. 28 İyun 2024
- “Azərişıq” ASC və Ali təhsil müəssisələri arasında əməkdaşlıq 08 İyun 2024
- Elektrik enerjisinin təchizatı ilə bağlı müraciətlərin qəbulu, onlara baxılması və bu sahədə istehlakçıların hüquqlarının qorunmasına dair daxili qaydalar hazırlanaraq “Azərişıq” ASC-nin rəsmi səhifəsində yerləşdirilmişdir. 20 Fevral 2024
- Müasir standartlara cavab verən sayğacların quraşdırılması 19 İyun 2024