Azərbaycanın bir sıra regionlarında güclü küləyin əsməsi "Azərişıq"ASC-ni qabaqlayıcı tədbirlər həyata keçirməyə vadar edib.
Hazırda ölkə üzrə elektrik enerjisi təchizatında heç bir problem yoxdur.
Bu gecədən etibarən ölkənin bir sıra dağlıq və dağətəyi regionlarında güclü külək əsməyə başlayıb. Bu küləklər, xüsusən də Gədəbəy, Tovuz, Lerik və Şamaxı rayonlarında mövcuddur. Bu səbədən də "Azərişıq"ASC baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün önləyici tədbirlər görür. Hazırda ölkəmizin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur. İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı çətinliklə bağlı "Azərişıq"ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər.
Digər xəbərlər
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 12 Aprel 2024
- Enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı yeni qaydalar 11 İyun 2024
- “Azərişıq” ASC-nin gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb. 02 İyul 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir 16 İyul 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Oğuzda vətəndaşları qəbul edib. 05 İyul 2024