“Azərişıq” ASC Tovuz rayonunun Ağdam kəndində elektrik enerjisi təchizatını daha dayanıqlı və keyfiyyətli etmək üçün yenidənqurma işlərinə start verib.
Erməni silahlı qüvvələrinin 12 iyul 2020-ci il tarixində təxribat törədərək Ağdam kəndini atəşə məruz qoyması nəticəsində yaşayış evləri ilə yanaşı elektrik enerjisi xətlərinə də ciddi zərər dəymişdi. Bununla belə “Azərişıq” ASC-nin ərazidəki əməkdaşları 24 saat fasiləsiz çalışaraq Ağdam kəndində mərmilərin zədələdiyi bütün xətləri bərpa etməklə sakinləri işıqsız qalmağa qoymadı.
Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə “Azərişıq” ASC rəhbərliyi düşmənlə üz-üzə dayanan kənd sakinlərinə və elecə də səngərdə əli tətikdə olan hərbçilərlə həmrəylik nümayiş etdirmək, onlara dövlətin dəstəyini göstərmək üçün Ağdam kəndində yenidənqurma işlərinə start verib.
Onu da qeyd edək ki, “Azərişıq” ASC-nin rəhbərliyi tez-tez cəbhə xətti boyunca yerləşən kənd və yaşayış məntəqələrinə səfər edir, yerlərdə görülən işlərə şəxsən nəzarət edirlər. Əsas məqsəd xüsusilə həssas bölgələrdə yaşayan abonentlərimizə hər zaman dəstək olmaqdır.
Digər xəbərlər
- “Azərişıq” ASC cənub rayonlarında yenidənqurma işlərini davam etdirir. 29 May 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qazaxda vətəndaşları qəbul edib. 29 Aprel 2024
- Enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı yeni qaydalar 11 İyun 2024
- Cəmiyyətin prioritet istiqamətləri 01 Fevral 2024
- “Azərişıq” ASC Hadrutda maarifləndirici tədbir keçirib 17 İyul 2024