![“Azərişıq” ASC Abşeron rayonu ərazisində yenidənqurma işləri aparır.](/uploads/2023/02/21/news/1140/large/1140-0860556.png)
“Azərişıq” ASC Abşeron rayonu ərazisində yenidənqurma işləri aparır.
Abşeron rayonunun Masazır qəsəbəsində, yeni massiv adlanan ərazidə “Azərişıq” ASC yeni elektrik şəbəkəsi qurur.
İşlər çərçivəsində 1 km-dan çox 10 kV-luq, 4 km-a yaxın 0,4 kV-luq elektrik xətti çəkiləcək.Müxtəlif güclərdə komplekt transformator məntəqələri quraşdırılacaq.
Bunlarla yanaşı, Qobu qəsəbəsi ərazisində yeni güc mərkəzləri yaradılıb, 5 km-a yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Həmçinin Abşeron rayonunun Çaylı kəndində yenidənqurma işləri davam etdirilir.
Abşeron rayonunda görüləcək işlərlə abonentlər keyfiyyətli və dayanıqlı elektrik enerji ilə təmin ediləcək, elektrik enerjisindəki itkilər mimumuma endiriləcək.
Digər xəbərlər
- “Azərişıq” ASC cənub rayonlarında yenidənqurma işlərini davam etdirir. 29 May 2024
- “Azərişiq" ASC Uşaqların Beynəlxalq Müdafiəsi Günü İlə Əlaqədar Təlim Keçirib. 01 İyun 2024
- “Azərişiq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 26 Yanvar 2024
- Müasir standartlara cavab verən sayğacların quraşdırılması 19 İyun 2024
- “Azərişıq” ASC Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir. 21 May 2024