!["Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Balakən şəhərində vətəndaşları qəbul edəcək.](/uploads/2023/04/05/news/1148/large/1148-0290987.png)
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov aprelin 6-da saat 10:00-da Balakən şəhərində Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Balakən şəhəri, Atatürk prospekti 2A ünvanında yerləşən Balakən Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər Balakən Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Digər xəbərlər
- “Azərişıq” ASC Bərdədə yenidənqurma işlərini davam etdirir. 05 Aprel 2024
- "Azərişıq" ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır 23 İyul 2024
- “Azərişıq” ASC Ağdamda yenidənqurma işlərini davam etdirir. 20 İyun 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşları qəbul edib. 28 İyun 2024
- “Azərişiq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 26 Yanvar 2024