Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 15-i saat 10:00-da Göygöldə Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Göygöl rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Digər xəbərlər
- “Azərişıq” ASC ilə “General Group Co.” MMC-nin birgə peşəkar inkişaf layihəsi. 23 May 2024
- “Azərişıq” ASC-də elektrik enerjisi itkilərinin azaldılması məqsədilə tədbirlər həyata keçirilir. 14 İyun 2024
- “Azərişıq” ASC Hadrutda maarifləndirici tədbir keçirib 17 İyul 2024
- “Azərişıq” ASC Bərdədə yenidənqurma işlərini davam etdirir. 05 Aprel 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir 16 İyul 2024