Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov fevralın 27-də Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Masallı rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Cənub RETSİ-nin Masallı rayonunda yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər. Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Digər xəbərlər
- “Azərişıq” ASC bayramla əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 19 Mart 2024
- Kadr potensialının bilik və bacarıqlarının artırılmasında “Mühəndis hazırlığı” kursu. 04 İyun 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul edib. 16 May 2024
- “Azərişıq” ASC Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir. 10 Yanvar 2024
- “Azərişiq" ASC Uşaqların Beynəlxalq Müdafiəsi Günü İlə Əlaqədar Təlim Keçirib. 01 İyun 2024