“Azərişıq” ASC Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq regionlarda yerli sakinlərlə görüşlər təşkil edir. Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov mayın 16-da Şəki və Qax rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Şəki Elektrik Şəbəkəsinin inzibati binasında baş tutan vətəndaş qəbulu zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, həmçinin, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işlərinə, həmçinin, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi bütün tədbirlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Digər xəbərlər
- “Azərişıq” ASC bayramla əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 19 Mart 2024
- “Azərişıq” ASC Lerikdə sahibkarlarla görüş keçirib 15 İyul 2024
- “Azərişıq”ASC –də kadr potensialının bilik və bacarıq səviyyələrinin artırılmasında Təlim-Təcrübə Laboratoriyasının rolu 10 İyun 2024
- “Azərişiq" ASC Uşaqların Beynəlxalq Müdafiəsi Günü İlə Əlaqədar Təlim Keçirib. 01 İyun 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024