![Məişət abonentlərinin hesablaşma elektrik sayğacları harada və necə quraşdırılmalıdır](/uploads/2024/06/11/news/1258/large/1258-0560488.png)
“Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.10-cu bəndinə görə, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.
Digər xəbərlər
- İstehlakçıların maarifləndirilməsi istiqamətində ən çox verilən suallar 08 İyun 2024
- “Azərişıq” ASC Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir. 10 Yanvar 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024
- “Azərişıq” ASC Gədəbəydə yenidənqurma işlərini davam etdirir. 14 May 2024
- Kadr potensialının bilik və bacarıq səviyyələrinin artırılması 07 İyun 2024