![Quşçuluq massivi və Masazırda elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb](/app/img/custom_news.png)
İyulun 31-də gecə saatlarında qəza nəticəsində Abşeron rayonu Quşçuluq massivinin və Masazır qəsəbəsinin bəzi yerlərində elektrik enerjisinin verilişində yaranan fasilə operativ şəkildə aradan qaldırılıb.
“Azərişıq” ASC-dən bildirilib ki, hazırda ölkə üzrə dayanıqlı elektrik enerjisi təchizatı tam təmin edilib. Ötən gecə baş verən qəzadan dərhal sonra ASC-nin əməkdaşları və texnikası hadisə yerinə göndərilib. Görülən operativ işlər nəticəsində qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb və istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin edilib.
Digər xəbərlər
- Elektrik təchizatı şəbəkəsinə qoşulma prosedurunda elektron xidmətlərin rolu artırılır 25 İyul 2024
- Kadr potensialının bilik və bacarıq səviyyələrinin artırılması 07 İyun 2024
- Müasir texnologiyaların tətbiqi elrktrik enerjisi üzrə debitor borcları azaltmağa imkan yaradır. 05 İyun 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul edib. 16 May 2024
- “Azərişıq” ASC-nin komandası beynəlxalq yarışda birinci olub. 08 İyul 2024