"Master plan" üzrə 2018-cı ildə nəzərdə tutulmuş işlər tam icra olunmuşdur. Belə ki, 

Sabunçu rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün 110/35/10 kV-luq "Bakıxanov" yamstansiyasında yenidənqurma işIəri apalmış, yamstansiyada yeni 35 va 10 kV-luq paylayıcı qurğular inşa edilərək eleqaz va vakuum tipIi elektrik avadanlıqlarla təchiz olunmuş, 110/35/10 kV-luq 2x25 MVA gücündə transformatorlar 2x40 MVA gücündə transformatorlarla əvəz edilmişdir. Xəzər rayonu Şüvəlan qəsəbəsində istilik kompleksinin 35/10 kV-luq 10 MVA gücündə, Türkan qəsəbəsində gülçülük kompleksinin 35/6 kV-luq 2x16 MVA gücündə 409 saylı, Qaradağ rayonunda 35/6 kV-luq 2x10 MVA gücündə 505 saylı, Abşeron rayonunda 35/6 kV-luq 10 MVA gücündə 506 saylı yamstansiyalar inşa edilmişdir. "Bakı Ağ şəhər" şəhərsalma layihəsi çərçivasinda 110/35/10 kV-luq 2x50 MVA gücündə "Ağ şəhər-2" yamstansiyası, 35/0,4 kV-luq 2 ədəd transformator məntəqəsi inşa edilmişdir. "Ağ şəhər-1" va "Ağ şəhər -2" yanmstansiyaları arasında iki dövrəli 14,4 km uzunluğunda 110 kV­luq kabel xətləri çəkilmişdir.

Qəbələ rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə "Qəbələ", İsmayıllı rayonunda 110/35/10 kV-luq 2x16 MVA gücündə "İsmayıllı", 110/35/10 kV-luq 10 MVA gücündə "Topçu", Ağdaş rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Ağdaş", Ağcəbədi rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Ağcəbədi-2", Sabirabad rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Cavad", Cəlilabad rayonunda 110/35/10 kV-luq 2x31,5 MVA gücündə "Cəlilabad", Lənkəran şəhərində 110/35/10 kV-luq 2x25 MVA gücündə "Lənkəran-2", Tərtər rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə "Tərtər", Quba rayonunda 35/10 kV-luq 4 MVA gücündə "Hil", 35/0,4 kV-luq 0, 1 MVA gücündə "Qaladal", Xaçmaz rayonunda 35/0,4 kV-luq   0,1 MVA gücündə "Susayqışlaq", Xızı rayonunda 35/6 kV­luq 4 MVA gücündə "Şurabad", 35/10 kV-luq 1,8 MVA gücündə "Baxışlı", Qəbələ rayonunda 35/10 kV-luq 2x10 MVA gücündə "Vandam", İmişIi rayonunda 35/6 kV-lug 2x4 MVA gücündə "Bəhramtəpə" yarımstansiyaları inşa edilmişdir. Şabran rayonunda "Çıraqqala" aqroparkı üçün 35/10 kV-luq 4 MVA gücündə və 10/0,4 kV-luq 2x1000 kVA gücündə, Salyan rayonunda "Qızılağac" aqroparkı üçün 10/0,4 kV-luq 2x630 kVA gücündə, Qax rayonunda aqropark üçün 35/10 kV-luq 6,3 MVA gücündə, Tovuz rayonunda heyvandarlıq kompleksi üçün 10/0,4 kV-luq 2x1000 kVA gücündə, Füzuli rayonunda kənd təsərrüfatı obyekti üçün 10/0,4 kV-luq 2x1000 kVA gücündə, Ağcəbədi rayonunda fermer təsərrüfatı üçün 35/10 kV-luq 10 MVA gücündə yarımstansiyalar va transformator məntəqələri inşa edilərək istismara verilmişdir.

Xəzər rayonu Şagan qəsəbəsinda 6/0,4 kV-luq 2x400 kVA gücündə 33 saylı transformator məntəqəsi, Yasamal rayonunda 10/0,4 kV-luq 2x630 kVA gücündə 1151 saylı transformator məntəqəsi müasir avadanlıqlarla təmin olunmuş, Abşeron rayonu Güzdək qəsəbəsində və Binəqədi-Novxanı yolunda 10 kV-luq paylayıcı qurğular tikilmişdir.

Əhalinin elektrik təchizatının yaxşılaşdırılması üçün 390 ədəd komplekt transformator məntəqəsi quraşdırılmış, 121,8 km 35 kV-luq, 481,7 km 6-10 kV-luq, 1017,7 km 0,4 kV-luq kabel xətləri çəkilmiş, 33,7 km 110 kV-luq, 103,5 km 35 kV-luq, 962,8 km 6-10 kV-luq, 4514,7 km ÖIN 0,4 kV-luq hava xətləri, 32 km 0,4 kV-luq hava xətləri çəkilmiş və təmir olunmuşdur, 149131 ədəd müxtəlif gərginlikli dayaqlar quraşdırılmışdır.

Cari il ərzində 108 ədəd 110 kV-luq, 258 ədəd 35 kV-luq, 2750 ədəd 6 va 10 kV-luq yarımstansiyalarda, 146,4 km 110 kV-luq, 660 km 35 kV-luq, 1750 km 6 va 10 kV-luq 4000 km-dən artıq 0,4 kV-luq elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerine yetirilmiş, avadanlıqlarda va xətlərdə texniki vəziyyətinin yoxlanılması təmin olunmuş, müəyyən edilmiş nasazlıqlar aradan qaldırılmaqla təmir və sınaq işlari aparılmış 950 ədəd 6-10 kV-luq, 27 ədəd 35 Kv-luq transformator əsaslı təmir olunmuşdur.

2018 - ci ildə regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar müddətini başa vurmuş, 0,4 kV-luq köhnə elektrik şəbəkələrində yenidənqurma işləri aparılması nəzərdə tutulmuşdur. Cari ildə bu işlər 119 kənddə yekunlaşmışdır. Bu məqsədlə 34100 abonentin elektrik sayğacları və yaşayış evlərinin elektrik xətlari həyətyanı sahələrdən çölə çıxarılması, 58220 ədəd 0,4 kV-luq dayaq quraşdırılmış, 2535,7 km-dən çox ÖİN xətləri çəkilmişdir.

"Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası  Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 3535 saylı Sərəncamın icrası ilə əlaqədar "Azərişıq" ASC-nin balansına verilmiş, Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarda təmir və bərpa işləri aparılır. Stansiyalarının istehsal etdiyi elektrik enerjisini ötürülməsi üçün  Yeni Yaşma Külək Elektrik Stansiyasının ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə və 10/35 kV - luq 4 MVA gücündə yarımstansiyalar inşa edilmiş, 110 kV-luq 4-cu Yaşma va 35 kV-luq Yaşma Bağlar hava xətləri ilə əlaqələndirilmişdir.

Hesabat müddəti ərzində ümumilikdə 245620 ədəd olmaqla, əhali istehlakçılarına aid 223386 ədəd, qeyri-əhali istehlakçılarına aid 22234 ədəd uçot dəstləri yenisi ilə əvəz olunmuşdur. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjsinə görə elektrik enerjisi itkiləri 9,7 %-ə qədər azaldılmış, ümumi yığım səviyyəsi isə 96,5 %-ə  çatdırılmışdır.

3.2.9. İtkilərin azaldılması layihələrinin prioritetləşdirilməsi                                                                                                               

 “Azərişıq” ASC üzrə elektrik paylayıcı şəbəkələrdə əsas itki mənbələrinin müəyyən edilməsi və prioritetləşdirilməsi, habelə hər bir layihə üzrə investisiya tələbi araşdırılaraq hazırlanmış hesabatlar təsdiqedici sənədlərlə birlikdə  Energetika Nazirliyinə təqdim olunmuşdur.Mənfəət-zərər təhlili aparılmışdırmı?

“Azərişıq” ASC üzrə elektrik paylayıcı şəbəkədə əsas itki mənbələrinin müəyyən edilməsi və prioritetləşdirilməsi üzrə araşdırma hesabatlarında Mənfəət-zərər təhlili aparılaraq Energetika Nazirliyinə təqdim olunmuşdur.                                

 Aparılmış araşdırılmaların nəticəsi olaraq itki faizi daha çox olan 0.4 KVt-luq elektrik şəbəkələrinin yenidən qurulma üzrə tədbirlər planı hazırlanmış, Texniki Şuranın nömrəli qərarı ilə təsdiq olunmuş  həmin Tədbirlər Planına uyğun olaraq 158 kənd və qəsəbənin 0.4 KVt-luq elektrik şəbəkələrinin yenidən qurulması həyata keçirilmişdir.