Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28.06.2018 / 72 baxış

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən işçilərinin say həddi təsdiq edilsin.

4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləği və pul təminatının digər növləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının məbləğinə və pul təminatının digər növlərinə bərabər tutulsun.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

5.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Dövlət Yanğın Nəzarəti Xidməti, Mülki müdafiə qoşunları, Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi, Dövlət Material Ehtiyatları Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əsasnamələrinin layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 19 aprel 2006-cı il

 394

Azərbaycan qəzetində dərc edilmişdir (20 aprel 2006-cı il,  85).


Azərbaycan Respublikası 
Prezidentinin 
19 aprel 2006-cı il tarixli,
394 nömrəli fərmanı ilə 
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında

Əsasnamə

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra  Nazirlik) mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan (bundan sonra  fövqəladə hallar) qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara, bayraq və rəmzlərə malikdir.

5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Nazirlik Bakı şəhərində yerləşir.

II. Nazirliyin fəaliyyət istiqamətləri

7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir;

7.2. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir;

7.3. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir;

7.4. mülki müdafiəni, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir;

7.5. Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;

7.6. Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

III. Nazirliyin vəzifələri

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. aşağıda göstərilən məsələlərlə bağlı normativ-hüquqi aktların layihələrini hazırlayır və baxılmaq üçün müvafiq qaydada təqdim edir:

8.1.1. Nazirliyin strukturuna daxil olan Mülki müdafiə qüvvələri, Dövlət Yanğın Nəzarəti Xidməti, Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi, Dövlət Material Ehtiyatları Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əsasnamələrini;

8.1.2. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması və idarə edilməsi sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi üzrə təkliflərini;

8.1.3. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Konsepsiyasının layihəsini;

8.1.4. mülki müdafiə planı layihəsini və Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı bölgələrində mülki müdafiə planının həyata keçirilməsi barədə təkliflərini;

8.1.5. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin cəlb edilməsi barədə təkliflərini;

8.1.6. fövqəladə hallarda ölkənin bütün ərazisində və ya ayrı-ayrı bölgələrində fövqəladə vəziyyət elan etmək barədə təkliflərini;

8.1.7. su hövzələrində insanların axtarışı və xilas edilməsi işlərinin aparılması zamanı icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyət planının layihəsini;

8.1.8. əhalinin və ərazilərin fövqəladə hallar barədə xəbərdar edilməsi üzrə monitorinq, proqnozlaşdırma və digər qabaqlayıcı tədbirlər, fövqəladə halların nəticələrinin aradan qaldırılması və mülki müdafiənin vəziyyəti haqqında illik dövlət hesabatını;

8.1.9. ərazilərin mülki müdafiə üzrə qruplara aid edilməsi barədə təkliflərini;

8.1.10. müvafiq dövlət orqanları ilə birlikdə öz səlahiyyətləri daxilində ölkənin milli təhlükəsizliyi üçün mühüm infrastruktur obyektlərinin siyahısını;

8.1.11. fövqəladə hallar zamanı çevik reaksiyanın təşkili və fövqəladə hallar nəticəsində zərər çəkmiş əhaliyə və bərpa işlərinin aparılmasına dövlət büdcəsindən maliyyə yardımı edilməsi barədə təkliflərini;

8.1.12. Azərbaycan Respublikasının aidiyyəti icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla dövlət material ehtiyatları fondlarının həcmini, nomenklaturasını və istifadə qaydalarını;

8.1.13. Nazirliyin fəaliyyəti ilə bağlı digər normativ-hüquqi aktları.

8.2. Nazirlik aşağıdakı normativ-hüquqi aktları işləyib hazırlayır və təsdiq edir:

8.2.1. Nazirliyin fəaliyyət dairəsinə aid edilən məsələlər üzrə normativ-hüquqi aktları (Qanunlarla, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin normativ-hüquqi aktları ilə tənzimlənən məsələlər istisna olmaqla);

8.2.2. əsasnamələri bu Əsasnamənin 8.1.1. yarımbəndi ilə təsdiq olunan struktur bölmələri istisna olmaqla, Nazirliyin digər struktur bölmələrinin əsasnamələrini və ya nizamnamələrini;

8.2.3. fövqəladə halların monitorinqinin və proqnozlaşdırılmasının həyata keçirilmə sistemi və qaydalarını;

8.2.4. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət idarəetmə sistemi çərçivəsində informasiya mübadiləsi qaydalarını;

8.2.5. təşkilatların mülki müdafiə üzrə kateqoriyalara aid edilməsi və ərazilərin və obyektlərin risklilik dərəcəsi ilə bağlı göstəricilərini;

8.2.6. fövqəladə halların təsnifatı və uçotu, fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün dəyən zərərlərin qiymətləndirilməsi metodikasını;

8.2.7. öz səlahiyyətləri daxilində təhlükə doğura biləcək sənaye obyektlərinin və sualtı obyektlərin təhlükəsizlik bəyannamələrinin hazırlanması və təsdiq olunması qaydalarını;

8.2.8. xilasetmə xidmətləri, o cümlədən təcili xilasetmə xidməti haqqında əsasnamələri, könüllü qəza-xilasetmə birliklərinin və idarədənkənar yanğından mühafizə xidmətlərinin yaradılması qaydalarını və nümunəvi əsasnamələrini, habelə əhalinin fərdi müdafiə vasitələri ilə təmin olunmasının təşkili haqqında əsasnaməni;

8.2.9. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı təlimlərin və məşqlərin hazırlanması və keçirilməsi üzrə təlimatları;

8.2.10. mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində əsas tədbirlərin illik planlarını;

8.2.11. kiçik həcmli gəmilərin dövlət qeydiyyatına alınması, gəmi sürücüsü hüququnun verilməsi və təhlükəsiz istismarına nəzarət qaydalarını;

8.2.12. kiçik həcmli gəmilərin dayanacaq bazalarının (qurğularının), çimərliklərin, yanalma körpülərinin, su keçidlərinin texniki baxışdan keçirilməsi qaydalarını;

8.2.13. tikinti, tikinti materialları, konstruksiya və detallarının istehsalı və istifadəsi sahələrində öz səlahiyyətləri daxilində dövlət tənzimləməsindən irəli gələn normativ-hüquqi aktları;

8.2.14. Nazirliyin fəaliyyəti ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər normativ-hüquqi aktları.

8.3. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Konsepsiyasının və digər dövlət proqramlarının yerinə yetirilməsini təmin etmək;

8.4. fövqəladə hallarda humanitar yardımları, o cümlədən xarici ölkələrdən alınan və xarici ölkələrə göstərilən humanitar yardımları idarə etmək;

8.5. fövqəladə hallar baş verən yerlərdən əhalinin evakuasiyasını (təxliyyəsini), xilasetmə işlərini və təcili tibbi xidmətin göstərilməsini, müvafiq dövlət orqanları ilə birlikdə fövqəladə vəziyyət zonasında qalmış əmlakın mühafizəsini və ictimai asayişin təmin edilməsini təşkil etmək;

8.6. neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını təmin etmək;

8.7. fövqəladə hallar və terror hadisələri zamanı müvafiq dövlət orqanları ilə birlikdə xüsusi əhəmiyyətli obyektlərin, o cümlədən neft və qaz hasilatı və emalı müəssisələrinin, terminalların, magistral boru kəmərlərinin, içməli su mənbələrinin, elektrik stansiyalarının, hidrodinamik qurğuların və s. obyekt və qurğuların mühafizəsini hərbiləşdirilmiş xüsusi mühafizə xidməti vasitəsilə təşkil etmək;

8.8. su hövzələrində kiçik həcmli gəmilərdən, yanalma körpülərindən və kütləvi istirahət yerlərindən, o cümlədən çimərliklərdən istifadə olunmasına və təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarəti həyata keçirmək;

8.9. kiçik həcmli gəmilərin, yanalma körpülərinin, kütləvi istirahət yerlərinin, o cümlədən çimərliklərin təsnifatı, qeydiyyatı və uçotu məsələləri üzrə texniki-normativ tənzimlənməni həyata keçirmək;

8.10. qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;

8.11. qanunvericiliklə müəyyən edilmiş hallarda əməliyyat-axtarış fəaliyyətinin, təhqiqatın və ibtidai istintaqın aparılmasını təşkil etmək;

8.12. mülki müdafiə qüvvələrinin təlim və məşqlərini planlaşdırmaq, onların hazırlanması və həyata keçirilməsinə nəzarət etmək və təyinatı üzrə tətbiq edilməsini təşkil etmək;

8.13. mülki müdafiə qoşunlarında və digər hərbiləşdirilmiş qüvvələrdə xidmətin təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;

8.14. müdafiə və səfərbərlik ehtiyaclarının ödənilməsini təmin etmək və fövqəladə hallarda istifadə etmək üçün dövlət material ehtiyatları fondlarını yaratmaq və idarə etmək;

8.15. Azərbaycan Respublikasının aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə:

8.15.1. əhalinin və təsərrüfat obyektlərinin fövqəladə hallardan müdafiəsi şərtləri nəzərə alınmaqla, ölkə ərazisində məskunlaşma və şəhərsalma işlərinin baş planının işlənib hazırlanmasında iştirak etmək;

8.15.2. təhlükə doğura biləcək sənaye obyektlərinin yerləşmə baş sxemini işləyib hazırlamaq;

8.15.3. geoloji və hidrogeoloji xarakterli təbii fəlakətlərdən müdafiə qurğularının tikintisinin (yerləşməsinin) baş sxeminin işlənib hazırlanmasını təşkil etmək;

8.15.4. seysmik aktiv zonalarda bina və qurğuların seysmik dayanıqlığının artırılması üzrə zəruri tədbirlər Proqramının işlənib hazırlanmasını təşkil etmək;

8.15.5. ərazilərin, bina və qurğuların təbii fəlakətlərdən müdafiəsi, onların möhkəmliyinin və dayanıqlılığının təmin edilməsi üzrə yerli şəraitə uyğunlaşdırılmış tikinti normaları və qaydalarını hazırlamaq;

8.15.6. tikintidə təhlükəsizliyin təmin edilməsi sahəsində normativ sənədlər sisteminin formalaşdırılmasını təşkil etmək.

8.16. fövqəladə halların nəticələrinin aradan qaldırılmasında operativliyi təmin etmək məqsədi ilə Nazirliyin idarəçiliyində cari material ehtiyatları fondu yaratmaq;

8.17. Azərbaycan Respublikasının dövlət material ehtiyatları fondlarında (habelə Nazirliyin cari material ehtiyatları fondunda) maddi sərvətlərin yaradılmasına, saxlanmasına, yenilənməsinə və istifadəsinə nəzarət etmək;

8.18. təhlükə doğura biləcək obyektlərin, avadanlıqların, energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların dövlət reyestrini öz səlahiyyətləri daxilində aparmaq, onların fəaliyyət rejiminə və təhlükəsizliyinə nəzarət etmək;

8.19. ölkənin bütün ərazisində tikilən sənaye, mülki və mühafizə obyektlərinin və qurğularının layihə-smeta sənədlərinin dövlət ekspertizasını həyata keçirmək;

8.20. təhlükə doğura biləcək obyektlərdə qanunvericiliklə və normativ-texniki sənədlərlə müəyyən edilmiş texniki təhlükəsizlik tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;

8.21. mühəndis-axtarış işi sahəsində vahid texniki tənzimlənməni həyata keçirmək, tikinti işlərinin layihələndirilməsi prosesində mühəndis-axtarış işləri üzrə materialların və hesabat xarakterli məlumatların toplanmasını, öyrənilməsini, rəy verilməsini təmin etmək, onlardan norma və standartlara uyğun istifadəyə öz səlahiyyətləri daxilində nəzarət etmək;

8.22. tikinti işlərinin aparılmasında, tikinti materiallarının, konstruksiyalarının və hissələrinin istifadəsində dövlət standartlarına, tikinti norma və qaydalarına, xüsusi texniki şərtlərə, layihələrə və digər normativ-hüquqi aktlara riayət olunmasına nəzarət etmək;

8.23. tikintisi başa çatmış obyektlərin istismara qəbul edilməsində müəyyən olunmuş qaydada iştirak etmək və istismara qəbul edilməsi qaydalarına riayət olunmasına müvafiq dövlət orqanları ilə birlikdə nəzarət etmək;

8.24. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı dövlət büdcəsi və dövlət zəmanəti ilə alınan kreditlər hesabına aparılan tikinti və bərpa işlərinin podratçılarının seçilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

8.25. tikilən və istismarda olan bina və qurğularda qəzaların başvermə səbəblərini araşdırmaq, qəza-bərpa işlərini əlaqələndirmək;

8.26. faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar yerin təkindən istifadə ilə bağlı işlərin təhlükəsiz aparılmasına dövlət nəzarətini həyata keçirmək, faydalı qazıntıların hasilatı və bununla əlaqədar olan digər işlərin texniki layihəsinin müəyyən olunmuş qaydada dövlət ekspertizasını aparmaq və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla dağ-mədən sahələrinin ayrılmasına xüsusi razılıq vermək;

8.27. məskunlaşmış və ya məskunlaşdırılması nəzərdə tutulan ərazilərin fövqəladə hallardan mühafizəsi üçün tədbirlərin hazırlanmasını təşkil etmək və həyata keçirmək;

8.28. daşqın və subasma zonalarını müəyyənləşdirmək və sahilbərkitmə işlərini həyata keçirmək məqsədi ilə onların mühafizə zolaqlarının layihələndirilməsini təşkil etmək və tikintisinə nəzarəti təmin etmək;

8.29. müdafiə məqsədləri üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tətbiq olunması Planının, Səfərbərlik Planının və ölkə ərazisinin operativ istehkamlaşdırılması üzrə Dövlət Proqramının hazırlanması işində öz səlahiyyətləri daxilində iştirak etmək;

8.30. Nazirliyə həvalə olunmuş vəzifələrlə bağlı milli iqtisadiyyatın Səfərbərlik Planının hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak etmək;

8.31. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının mülki müdafiə üzrə səfərbərlik tədbirlərinin hazırlanmasını təşkil etmək;

8.32. Nazirliyin yanğından mühafizə, yanğın-xilasetmə, axtarış-xilasetmə, qəza-xilasetmə birləşmələrinin, aviasiya dəstəsinin və başqa qüvvələrinin fəaliyyətini təşkil etmək;

8.33. mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət planına uyğun olaraq, insanların su hövzələrində axtarışını və xilas olunmasını təşkil etmək;

8.34. "112" qaynar telefon xətti vasitəsilə təcili xilasetmə xidmətinin fəaliyyətini təmin etmək;

8.35. mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən mülki müdafiə, yanğın təhlükəsizliyi, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması ilə bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində nəzarət etmək;

8.36. mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliyə uyğun olaraq yaradılmış digər hərbi birləşmələrin və qurumların qarşılıqlı fəaliyyətini əlaqələndirmək;

8.37. mülki müdafiə qoşunlarının, yanğından mühafizə xidmətinin və digər hərbiləşdirilmiş qurumların hərbi və səfərbərlik hazırlığı səviyyəsinin saxlanmasını təmin etmək;

8.38. fövqəladə hallarda və müharibə zamanı mülki müdafiə və hərbiləşdirilmiş xüsusi mühafizə xidməti qüvvələrinin, yanğından mühafizə xidməti hissələrinin və digər qurumların maddi-texniki və insan resurslarının səfərbər edilməsi imkanlarının cari və perspektiv planlaşdırılmasını öz səlahiyyətləri daxilində həyata keçirmək;

8.39. mülki müdafiənin texniki idarəetmə sisteminin və əhalinin hərbi əməliyyatlar zamanı və ya bunun nəticəsi olaraq yaranmış və yarana biləcək təhlükələr barədə xəbərdar edilməsi sisteminin yaradılmasını və daim hazır vəziyyətdə saxlanmasını təmin etmək;

8.40. potensial təhlükəli obyektlərin yerləşdiyi ərazilərdə lokal xəbərdarlıq sisteminin yaradılmasını təmin etmək;

8.41. sığınacaqların və mülki müdafiənin digər obyektlərinin, o cümlədən ikili təyinatlı obyektlərin yaradılması və hazırlıq vəziyyətində saxlanmasına, əhalinin radiasiya, kimyəvi və bioloji müdafiəsinin təşkilinə metodiki rəhbərlik etmək və bu sahədə nəzarəti həyata keçirmək;

8.42. yanğınların qarşısının alınması və söndürülməsi işini təşkil etmək, bu sahədə fəaliyyət göstərən ayrı-ayrı təşkilatların tabeliyində olan yanğınsöndürmə dəstələrinin fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək;

8.43. fövqəladə halların proqnozlaşdırılması, qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin operativ məlumatlandırılması və digər kompleks tədbirlərin həyata keçirilməsi üçün kütləvi istifadə olunan xüsusi təyinatlı avtomatlaşdırılmış elektron informasiya sisteminin yaradılmasını təmin etmək;

8.44. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını operativ surətdə təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən "Fövqəladə Halların İdarə Olunmasının Coğrafi İnformasiya Sistemi"nin (GİS) yaradılmasını təmin etmək;

8.45. Nazirliyin fəaliyyət sahəsi ilə bağlı informasiyanın toplanması və sistemləşdirilməsini həyata keçirmək;

8.46. Nazirliyin fəaliyyət dairəsinə aid məsələlər üzrə statistik uçotu təşkil etmək;

8.47. Nazirlik sistemindəki təcrübə-sınaq laboratoriyalarının sertifikatlaşdırma və akkreditasiya fəaliyyətlərini əlaqələndirmək;

8.48. Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq dövlət orqanları ilə birgə:

8.48.1. bitki mühafizəsi vasitələrinin (pestisidlərin və bioloji preparatların) istehsalına və saxlanmasına dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;

8.48.2. karantin obyekti mənbələrinin vaxtında aşkar edilməsində, onların təcrid və ləğv olunmasında iştirak etmək;

8.49. əhalinin içməli su təminatının təhlükəsizliyi məqsədi ilə içməli su mənbələrinin istismarı zamanı təhlükəsizlik, sanitar-gigiyena qaydalarına və normalarına əməl olunmasına müvafiq dövlət orqanları ilə birgə nəzarət etmək;

8.50. müvafiq dövlət orqanları ilə birlikdə ölkənin təbii sərvətlərinin istifadəsi ilə bağlı mühafizə tədbirlərinin icrasına nəzarəti təşkil etmək;

8.51. fövqəladə halların nəticələrinin aradan qaldırılması məqsədi ilə çevik yardım korpusu yaratmaq və idarə etmək;

8.52. fövqəladə halların proqnozlaşdırılması və monitorinq sisteminin yaradılması üzrə zəruri tədbirləri həyata keçirmək;

8.53. mülkiyyət formasından asılı olmayaraq, müəssisələrin radioaktiv tullantılarının toplanması, daşınması, yenidən işlənməsi, saxlanması və basdırılması, habelə radioaktiv tullantılarla işləyən obyektlərin tikilməsi, istismarı, bərpası və istismardan çıxarılması üzrə işləri əlaqələndirmək və bu işlərə nəzarəti həyata keçirmək;

8.54. əhalinin və ərazilərin radiasiya təhlükəsizliyini təmin etmək, ətraf mühitin radioekoloji monitorinqini həyata keçirmək;

8.55. müvafiq dövlət orqanları ilə birlikdə minalanmış ərazilərin minalardan təmizlənməsində iştirak etmək;

8.56. tabeliyində olan mülki müdafiə və hərbiləşdirilmiş xüsusi mühafizə xidmətinin hərbi qulluqçularının, yanğından mühafizə xidmətinin əməkdaşlarının, xilasedicilərin və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən digər şəxslərin həyatının icbari sığortalanmasını təmin etmək;

8.57. təhlükə mənbəyi olan müəssisə və obyektlərin əmlakının icbari sığortalanmasına nəzarət etmək, hadisə nəticəsində dəyən zərərin səbəblərinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin etmək;

8.58. Nazirlik sisteminə daxil olan qurumlarda xidməti və döyüş silahının dövriyyəsinə və döyüş sursatının saxlanması qaydalarına əməl olunmasına nəzarət etmək;

8.59. Nazirliyin fəaliyyət sahələri üzrə peşə və kadr hazırlığını, onların təkmilləşdirilməsini və ixtisaslarının artırılmasını təmin etmək;

8.60. mülki müdafiə, fövqəladə halların qarşısının alınması, yanğın təhlükəsizliyi, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik və tikintidə təhlükəsizlik sahələrində elmi tədqiqat və təcrübə-konstruktor işləri aparmaq;

8.61. əhalini fövqəladə hallar və Nazirliyin fəaliyyəti ilə bağlı məlumatlandırmaq;

8.62. təbii və ya texnogen xarakterli fövqəladə hallarda əhalinin operativ məlumatlandırılması məqsədi ilə qanunvericiliyə uyğun olaraq, televiziya və radio yayımı kanallarından istifadə etmək;

8.63. mülki müdafiə, fövqəladə hallardan qorunma, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyi məsələləri ilə bağlı əhalinin maarifləndirilməsini təşkil etmək və başqa dövlət orqanları və ictimai təşkilatlar tərəfindən aparılan bu kimi işlərə metodiki rəhbərlik etmək;

8.64. digər qurumların xilasetmə, qəza-xilasetmə, yanğın-xilasetmə xidmətlərinin müəyyən olunmuş qaydada attestasiyasını həyata keçirmək;

8.65. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində fəaliyyət göstərən təşkilatların akkreditasiya qaydalarını işləyib hazırlamaq və həyata keçirmək;

8.66. beynəlxalq təcrübə nəzərə alınmaqla, fövqəladə halların qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin görülməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahələrində müasir texnika və texnologiyaların tətbiqini təmin etmək;

8.67. fövqəladə hallar zamanı qana və qan komponentlərinə kəskin ehtiyac yarandıqda, müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə kütləvi qan donorluğunu təşkil etmək;

8.68. öz səlahiyyətlərini həyata keçirərkən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.69. Nazirliyə ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək;

8.70. Nazirlik sistemində maddi və maliyyə vəsaitlərindən istifadəyə nəzarət etmək, onların müəyyən olunmuş qaydada uçotunu və təftişini təşkil etmək;

8.71. Nazirliyin fəaliyyəti ilə bağlı dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliyə uyğun zəruri mühafizə və təhlükəsizlik tədbirləri görmək;

8.72. Nazirliyin ehtiyacları üçün əsaslı tikinti, o cümlədən sosial təyinatlı obyektlərin tikintisinin aparılması, yenidən qurulması və təmiri ilə bağlı işləri həyata keçirmək;

8.73. mülki müdafiə qüvvələrinin, hərbiləşdirilmiş xüsusi mühafizə xidmətinin hərbi qulluqçularının, yanğından mühafizə xidmətinin əməkdaşlarının, xilasedicilərin və Nazirliyin digər vəzifəli şəxslərinin sosial müdafiəsini, sağlamlığının qorunmasını və onların tibbi təminatını həyata keçirmək;

8.74. sərgilərin, konfransların, müxtəlif təlim və idman tədbirlərinin keçirilməsini təşkil etmək;

8.75. Nazirliyin mərkəzi aparatının, tabeliyində olan orqanların və təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək və öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.76. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.77. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.78. Nazirlik sisteminə daxil olan strukturların maddi-texniki və sosial bazasını möhkəmləndirmək;

8.79. Nazirliyin fəaliyyət istiqamətinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Nazirliyin hüquqları

9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, habelə su hövzələrində insanların təhlükəsizliyinin, kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin edilməsi, dövlət material ehtiyatları fondlarının yaradılması və istifadəsi sahələrində dövlət siyasətinin əsaslarının formalaşdırılması ilə bağlı normativ-hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.2. Nazirliyin fəaliyyət dairəsinə aid edilən məsələlər üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.3. Nazirliyin bu Əsasnamə ilə müəyyən edilmiş struktur bölmələrini öz səlahiyyətləri daxilində yaratmaq, yenidən təşkil etmək və ya ləğv etmək;

9.4. fövqəladə halların operativ idarə olunmasını təmin etmək və təcili sifarişləri yerinə yetirmək məqsədi ilə öz tabeliyində özü