Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

28.06.2018 / 9 baxış

Azərbaycan Respublikasının
orden və medallarının təsis edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının aşağıdakı ordenləri təsis edilsin:

  • Azərbaycan Respublikasının ən yüksək təltifi—«Heydər Əliyev» ordeni;
  • «İstiqlal» ordeni;
  • «Azərbaycan Respublikasının» ali hərbi ordeni—«Şah İsmayıl» ordeni;
  • «Azərbaycan bayrağı» ordeni;
  • «Şərəf» ordeni;
  • «Şöhrət» ordeni;
  • «Dostluq» ordeni;
  • «Vətənə xidmətə görə» ordeni.

2. Azərbaycan Respublikasının aşağıdakı medalları təsis edilsin:

  • «Vətən uğrunda» medalı;
  • «İgidliyə görə» medalı;
  • «Tərəqqi» medalı;
  • «Hərbi xidmətlərə görə» medalı;
  • «Hərbi xidmətdə fərqlənməyə görə» medalı;
  • «Sərhəddə fərqlənməyə görə» medalı;
  • «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı;
  • «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı;
  • «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)» yubiley medalı;
  • «Qüsursuz xidmətə görə» medalı;
  • «Dövlət qulluğunda fərqlənməyə görə» medalı;
  • «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı;
  • «Polis veteranı» medalı;
  • «Azərbaycan Polisinin 90 illiyi» yubiley medalı

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY

Bakı şəhəri, 10 noyabr 1992-ci il

? 370

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, ? 23, maddə 996) («VES Consultancy» LLC).

6 dekabr 1993-cü il tarixli, 753 nömrəli; 17 may 2002-ci il tarixli, 325-IIQD nömrəli; 7 noyabr 2003-cü il tarixli, 513-IIQD nömrəli; 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli; 10 oktyabr 2006-cı il tarixli, 154-IIIQD nömrəli; 16 fevral 2007-ci il tarixli, 248-IIIQ nömrəli; 16 may 2008-ci il tarixli, 605-IIIQ nömrəli; 13 iyun 2008-ci il tarixli, 639-IIIQ nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə