"Azərenerji" Səhimdar Cəmiyyətinin "Dövlət Enerjinəzarət" İdarəsinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin birbaşa tabeliyinə verilməsi barədə

28.06.2018 / 45 baxış

"Azərbaycan Respublikasının NAZİRLƏR KABİNETİ

QƏRAR # 18

Bakı şəhəri, 1 fevral 2002-ci il

“Azərenerji” Səhimdar Cəmiyyətinin “Dövlət Enerjinəzarət” İdarəsinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin birbaşa tabeliyinə verilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömərəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi haqqında Əsasnamə”nin 6.3 bəndinin və “Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentin 2001-ci il 26 debar tarixli 612 nömrəli Fərmanın 3-cü bəndinin 11-ci yarımbəndinin icrasına təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1.”Azərenerji” Səhimdar Cəmiyyətinin “Dövlət Enerjinəzarət” İdarəsi və onun rayonlararası şöbələri mövcud ştat vahidləri və əsas vəsaitləri ilə (elektrik sayğaclarının təmiri, tənzimlənməsi və quraşdırılması üzrə Bakı şəhərindəki sexi və onun Gəncə, Sumqayıt və Əli Bayramlı şəhərlərindəki şəhəri, sexə məxsus olan əsas vəsaitlər istisna olmaqla) Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin birbaşa tabeliyinə verilsin.

2.Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliy 10 gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-ci il 3 oktyabr tarixli 135 nömrəli “Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamənin təsdiqi barədə” qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə” nin yeni redaksiyasının hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3.Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan RespublikasınınBaş naziri

A.Rasi-zadə