Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

28.06.2018 / 83 baxış

Bir sıra sənaye komplekslərində və müəssisələrində mövcud istehsal qüclərinin köhnəlməsi və yararsız hala    düşməsi nəticəsində, istehsal prosesinin müasir tələblər səviyyəsində idarə olunması təcrübəsinin olmaması    və diqər səbəblər üzündən son illər ölkədə istehsal olunan məhsulun həcmi rəqabətə davam qətirməyərək    xeyli azalmış, bəzi müəssisələr dayanmaq təhlükəsi qarşısında qalmışlar.

Dövlət müəssisələrinin və sənaye komplekslərinin fəaliyyətinin sağlamlaşdırılmasını təmin edən müasir tipli    qabaqcıl idaretmə metodlarının tətbiq olunması və xarici firmaların iştirakı ilə müvafiq layihələrin hazırlanıb həyata keçirilməsi işlərini sürətləndirmək məqsədi ilə qərara alıram:

1. Ayrı-ayrı dövlət müəssisələrinin (obyektlərinin) fəaliyyətinin sağlamlaşdırılmasını daxili imkanlar  hesabına təmin etmək mümkün olmayan hallarda, onların müqavilə əsasında müəyyən edilmiş müddətə    hüquq və fiziki şəxslərin idarə olunmasına verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin    təklifi bəyənilsin.

2. Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə    təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında    idarəetməyə verilməsi yalnız bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

 

   Azərbaycan Respublikasının prezidenti

   Heydər ƏLIYEV.

   Bakı şəhəri, 9 fevral 1996-cı il.

   ? 437.

   «Azərbaycan» qəzetində dərc edilmişdir (10 fevral  1996-cı il, ? 29)