Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanunu

28.06.2018 / 26 baxış

Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanunu

 

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

 

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

elektroenergetika — elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanması ilə məşğul olan təsərrüfat sahəsi;

enerji təchizatı müəssisəsi — xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların enerji ilə təchizatına təminat verən hüquqi şəxs; elektroenergetika sistemi — elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanmasının vahid texnoloji prosesi ilə əlaqələndirilmiş elektrik stansiyaları, yarımstansiyaları, elektrik verilişi xətləri və onların idarəetmə müəssisələrinin (sistemlərin) birliyi; elektrik qurğuları — elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər; rayon istilik qurğuları — müəyyən ərazi hüdudunda tələb edilən isti su, buxar və digər istilik daşıyıcılarının istehsalı, ötürülməsi və paylanması üçün lazım olan texniki avadanlıqlar və onlara aid tikililər.

 

Maddə 2. Qanunun tətbiq sahəsi və məqsədi

 

Bu Qanun elektrik və istilik enerjisinin istehsalının, nəqlinin, paylanmasının, alqı-satqısının və istehlakının hüquqi əsaslarını müəyyən edir. Bu Qanunun əsas məqsədi ətraf mühitə qayğı göstərərək sosial iqtisadi cəhətdən enerjinin istehsalını və istehlakının marağına uyğun olaraq enerji bazarına çıxarılmasını təmin etməklə enerji resurslarından səmərəli istifadə etməkdir.

 

Maddə 3. Elektrik və istilik enerjisi ilə təchizatın subyektləri

 

Elektrik və istilik enerjisi ilə təchizatın subyektləri aşağıdakılardır: dövlət elektroenergetika müəssisəsi — vahid dövlət elektroenergetika sistemi; enerji təchizatı müəssisələri; müstəqil enerji istehsalçıları — iqtisadi və təşkilati cəhətdən tam müstəqil olan və vahid dövlət elektroenergetika sisteminə tabe olmayan hüquqi şəxslər; enerji istehlakçıları. Dövlət elektroenergetika müəssisəsinə vahid mərkəzdən idarə olunan yüksək gərginlikli (110 kilovoltdan yuxarı) ötürücü elektrik şəbəkələri, onların dispetçer idarəetmə vasitələri və ona tabe olan enerji istehsalçıları daxildir. Bu müəssisə müqavilələr əsasında istehsalçılardan enerjini satın alır və onu öz şəbəkələri vasitəsilə nəql edir, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır. Enerji təchizatı müəssisələri hüquqi şəxs olub müqavilələr əsasında elektrik və istilik enerjisini dövlət elektroenergetika müəssisəsindən və istehsalçılardan satın alır, müvafiq texniki və iqtisadi şərtlər razılaşdırılmaqla istehlakçılara satır. Müstəqil enerji istehsalçıları dövlətə, müxtəlif təsərrüfat sahələrinə və özəl təşkilatlara mənsub olub onlara məxsus enerji şəbəkəsi ilə dövlət elektroenergetika müəssisəsinin və (və ya) enerji təchizatı müəssisələrinin vasitəsilə istehlakçıları elektrik və istilik enerjisilə təchiz edir, istehsal etdiyi enerjinin artıq hissəsini isə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən ixrac edir. Enerji təchizatı müəssisələri və müstəqil enerji istehsalçıları istənilən mülkiyyət formasında ola bilərlər.

 

Maddə 4. Elektrik və istilik enerjisi sahəsində idarəetmə və dövlət nəzarəti

 

Müvafiq icra hakimiyyəti orqanları: elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satılması üçün xüsusi icazə verilməsi; elektrik və istilik enerjisinin müəyyən ərazi hüdudunda nəql edilməsi və paylanmasına hüquq verən müqavilələrin bağlanması; elektrik və istilik enerjisinin qiymətlərinin (tariflərinin) tənzimlənməsi; elektrik və istilik enerjisi sahəsində fəaliyyətin inhisarsızlaşdırılması; elektrik enerjisinin ixrac və idxal edilməsi əməliyyatlarına xüsusi icazənin verilməsi; enerjinin səmərəli, təhlükəsiz və etibarlı istehsalı, nəqli, paylanması və istehlakı üzrə dövlət nəzarətinin aparılması; elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, satılması, paylanması üzrə, həmçinin elektrik və istilik qurğularının təhlükəsiz, etibarlı tikilməsi üzrə ümumi qaydaların və standartların müəyyən edilməsi, onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi üçün məsuliyyət daşıyır.

 

II fəsil. Elektrik və istilik enerjisi sahəsində fəaliyyətə xüsusi icazə

 

Maddə 5. Xüsusi icazə

 

 

 

Enerjinin istehsalı, nəqli və paylanması ilə əlaqədar fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla xüsusi icazə əsasında həyata keçirilir. Mülkiyyət növündən asılı olmayaraq hüquqi və fiziki şəxslərə xüsusi icazə qanunvericiliklə müəyyən olunmuş qaydada müsabiqə yolu ilə verilir. Xüsusi icazə müstəsna hallarda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müsabiqəsiz də verilə bilər. Elektrik və istilik enerjisi ilə əlaqədar fəaliyyətlərə xüsusi icazə istənilən maraqlı tərəfin müraciəti əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Müraciətdə aşağıdakılar əks etdirilir: nəzərdə tutulmuş fəaliyyətin əsas əlamətlərinin təsviri; müraciət edən şəxsin və onun işçilərinin müvafiq ixtisas dərəcəsi haqqında sənədlər; ictimai texniki təhlükəsizliyə riayət edilməsi haqqında arayış; fəaliyyətlə məşğul olan insanların sağlamlığının və təhlükəsizliyinin mühafizəsi üzrə qaydalara aid sənədlər. Əsas tələblər yerinə yetirildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazə müstəsna hallarda şərti olaraq da verilə bilər. Bu halda da xüsusi razılığa malik olan şəxslər bu Qanunu və digər qanunvericilik aktlarını rəhbər tuturaq öz vəzifələrini yerinə yetirirlər.

 

Maddə 6. Yeni elektrik qurğularının tikilməsinə, yaradılmasına və istismara verilməsinə xüsusi icazə

 

Elektrik enerjisi istehsal edən, ötürən və paylayan yüksək gərginlikli qurğular qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla əvvəlcədən xüsusi icazə olmadan tikilə və işlədilə bilməz. Yeni elektrik qurğularının layihəqabağı əsaslandırmaları və layihəsi xüsusi icazə üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Elektrik və istilik enerjisi qurğularının quraşdırılması, işə salınması və istismarı daim müvafiq tələblərə və texniki standartlara cavab verməlidir.

 

Maddə 7. Xüsusi icazə almaq üçün tələblər

 

Xüsusi icazə almaq üçün aşağıdakı tələblər irəli sürülür: elektrik və istilik enerjisi tələbatının (miqdarının) effektiv təmin edilməsi; rayon hüdudlarında enerjinin qənaəti və səmərəli təchizatı; ətraf mühitə, tarix və mədəniyyət abidələrinə vurula biləcək ziyanın aradan qaldırılması. Bu fəsildəki səlahiyyətləri yerinə yetirmək üçün xüsusi icazəni alan şəxs lazımi texniki və maliyyə xarakterli informasiyaları təmin edir. İctimai və fərdi maraqların qorunması üçün ehtiyac olarsa, xüsusi icazəyə digər tələblər də əlavə etmək olar.

 

Maddə 8. Elektrik və istilik enerjisinin paylanmasına aid tələblər

 

İstehlakçılara elektrik və istilik enerjisinin paylanması üçün müvafiq icra hakimiyyəti orqanı ilə gələcək təchizatçı (paylayıcı) arasında müqavilə bağlanılır. Enerji paylanması müqavilələri əsasında verilən xüsusi icazə alan şəxsin aşağıdakı hüquqları vardır: müqavilədə nəzərdə tutulan sahə (ərazi) hüdudunda istehlakçıları elektrik və istilik enerjisi ilə təmin etmək; elektrik və istilik enerjisini nəql etmək; xüsusi icazə nəzərdə tutulan və xüsusi icazə fəaliyyəti üçün lazım olan bütün qurğuların tikilməsini və istismarını həyata keçirmək. Xüsusi icazə fəaliyyəti sahəsinin (ərazisinin) hüdudlarında enerji paylayıcısının vəzifələri: dövlət tənzimləməsinə uyğun olaraq özü verdiyi enerjinin qiymət və tariflərini müəyyən etmək, həmçinin enerjinin paylanması üçün istehlakçının energetik qurğulara qoşulmasının ümumi şərtlərini müəyyən etmək; müqavilə bağlanmış sahə (ərazi) hüdudunda istehlakçıların tələbi ilə onları energetik qurğulara qoşmaq və razılaşdırılmış qiymətlər, tariflər və şərtlər əsasında enerji ilə təchiz etmək; paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların enerjiyə tələbatını kəmiyyət və keyfiyyətcə müntəzəm ödəmək məqsədilə elektrik və istilik enerjisinin istehsalı, alınması və ötürülməsi üçün bütün tədbirləri görmək; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında sənaye sahələrinin və istehlakçıların öz ehtiyaclarından artıq istehsal etdikləri elektrik və istilik enerjisinin satın alınması. İstehlakçı özü elektrik enerjisi istehsalçısıdırsa və ya paylayıcı aşkar iqtisadi səbəblərdən (nisbətən uzun və baha başa gələn məsafəyə az miqdarda enerji ötürmək sifarişi alırsa və həmin sahənin istehlakçılarını tez şəbəkəyə qoşa bilmirsə) istehlakçını şəbəkəyə qoşmaqdan imtina edirsə, həmin istehlakçılar enerji istehsal edən, nəql edən və paylayan digər müəssisələr tərəfindən təchiz edilə bilərlər. Müvafiq icra hakimiyyəti orqanı rayonun enerji təchizatı üzrə qaydalar müəyyən edir. Əgər rayona gətirilən enerjinin böyük hissəsi öz ehtiyaclarından artıq sənaye müəssisələrində, istilik və elektrik enerjisini birgə (kombinə) istehsal edən qurğularda və bərpa olunan enerji mənbələrində (külək, günəş və s.) istehsal edilirsə, həmin qaydalarda dövlət güzəştləri nəzərdə tutulmalıdır. Elektrik və istilik enerjisinin paylayıcı qurğusu paylaşdırma üzrə müqavilə əsasında işləyir və müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan ləğv edilə bilməz.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə elektrik və istilik enerjisinin paylanması üzrə başqa tələblər də nəzərdə tutula bilər.

 

 

Maddə 9. Rayonlar (ərazilər) üzrə enerji təchizatına xüsusi icazə

 

 

Müəyyən rayon (ərazi) hüdudunda elektrik və istilik enerjisi qurğusunun tikintisi, istismarı və enerji təchizatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir və ya bir neçə hüquqi və fiziki şəxslərə verilən xüsusi icazə əsasında həyata keçirilir.

 

Maddə 10. Elektrik və istilik enerjisinin qiymətləri (tarifləri)

 

Elektrik və istilik enerjisinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənir. Elektrik və istilik enerjisinin qiymətləri (tarifləri) aşağıdakılardır: elektrik və istilik enerjisinin istehsalçıdan satın alınma qiyməti (tarifi); elektrik və istilik enerjisinin topdansatış qiyməti (tarifi); elektrik və istilik enerjisinin pərakəndə satış (istehlakçılara satılan) qiyməti (tarifi); elektrik enerjisinin idxal-ixrac qiyməti (tarifi). Elektrik və istilik enerjisinin qiymətləri (tarifləri) müəssisələrin enerjinin istehsalı, nəqli və paylanması xərclərini tam ödəməklə, onların gəlirlə işləməsini və ölkədə enerji tələbatının təbii artımı şəraitində elektroenergetikanın inkişafını təmin etməlidir. İstilik enerjisinin qiyməti həmin rayonda (ərazidə) elektrik enerjisi hesabına alınan istilik enerjisinin qiymətindən artıq ola bilməz. Paylayıcı müntəzəm olaraq qoyulmuş qiymət və şərtlər haqqında müvafiq icra hakimiyyəti orqanına hesabat verməlidir.

 

Maddə 11. Elektroenergetikada müqavilə münasibətləri

 

Elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Müqavilə «Elektrik və istilik enerjisindən istifadə etmə qaydaları»na uyğun tərtib edilməklə aşağıdakıları əks etdirməlidir: elektrik və istilik enerjisinin qiyməti, həcmi, təchizat recimi; şəbəkəyə qoşulma və ayırma şərtləri; enerjinin keyfiyyəti (gərginlik, tezlik və təchizatın etibarlılığı); istehlakçının dərəcəsi; enerji dəyərinin ödəmə şərtləri; təbii fəlakət və digər fors-macor halları istisna olmaqla qəza vəziyyətləri və enerjinin keyfiyyətinin aşağı olması nəticəsində dəyən ziyanın ödənilməsi şərtləri; istehlakçı-təchizatçı sərhədlərinin müəyyən edilməsi. İstehlakçı müqavilə müddəti qurtarmamış enerjidən imtina edərsə, təchizatçının müqavilə ilə əlaqədar çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır. Enerjinin alqı-satqısı zamanı yaranan mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.

 

 

III fəsil. Elektroenergetika sahəsində təbii ehtiyatlardan istifadə

Maddə 12. Torpaq sahələrindən istifadə

 

Elektroenergetika obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri Azərbayjan Respublikasının qanunverijiliyində nəzərdə tutulmuş qaydada ayrılır. Elektroenergetika obyektlərinin yerləşdiyi ərazidə ətraf mühitin və əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbayjan Respublikasının qanunverijiliyinə əsasən mühafizə zonaları müəyyənləşdirilir. Mühafizə zonalarında Azərbayjan Respublikasının qanunverijiliyinə uyğun istifadəsi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər.

 

Maddə 13. Su ehtiyatlarından istifadə

 

Elektrik stansiyaları və elektroenergetikanın digər müəssisələri tərəfindən süni və təbii su tutarlarının ehtiyatlarından istifadə əlaqədar təşkilatlarla razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş recimə uyğun həyata keçirilir.

 

Maddə 14. Ətraf mühitin qorunması

 

Elektroenergetika müəssisələri ətraf mühitin qorunması üzrə dövlət standartlarına əməl etməklə onların pozulmasına görə məsuliyyət daşıyır və ətraf mühitə zərərli təsirin azaldılmasına yönəldilmiş texniki və təşkilati tədbirləri həyata keçirirlər.

 

IV fəsil. Elektrik və istilik enerjisinin istehlakçıları

 

Maddə 15. Elektrik və istilik enerjisinin istehlakçılarının hüquqları

 

İstehlakçılar elektrik və istilik enerjisini təjhizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təjhizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güj) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərjlərdə iştirak edir. Xərjlər müvafiq olaraq yeni güj sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təjhizatçısını seçmək hüququ vardır. Bu halda təjhizatçı enerjinin ötürülmə xərjlərinin ödənilməsində iştirak edir.

 

Maddə 16. Enerjiqəbulediji avadanlığının texniki səviyyəsinə tələblər

 

İstehlakçılar enerjiqəbuledijilərinin texniki səviyyəsinin dövlət standartlarına uyğun olmasını təmin etməlidirlər. Şəbəkəyə qoşulmanın texniki şərtlərinə müvafiq istehlakçılar nəzarət ölçü jihazlarının qoyulmasına, sazlığına və toxunulmazlığına məsuliyyət daşıyırlar.

 

Maddə 17. Elektrik enerjisinin idxal və ixraj edilməsi

 

Elektrik enerjisinin idxal və ixraj edilməsi Azərbayjan Respublikasının müvafiq qanunverijilik aktları əsasında həyata keçirilir. Enerjinin xüsusi ijazə olmadan idxalı və ixrajı yalnız dövlət tərəfindən həyata keçirilir. İjtimai marağa zidd olmayan halda enerjinin idxalı və ixrajına xüsusi ijazə verilməlidir.

 

V fəsil. Elektroenergetika sahəsində idarəetmə və mülkiyyət hüququnun məhdudlaşdırılması

Maddə 18. Elektroenergetika sistemlərində operativ (əməli) idarəetmə

 

 Elektroenergetika sistemlərində enerjinin istehsalı, nəqli və paylanması proseslərinin operativ idarə edilməsi mərkəzi və yerli idarəetmə səviyyəsində olan texnoloji dispetçer xidməti vasitəsilə həyata keçirilir. Elektrik enerjisinin istehsalı və paylanması proseslərinin yerli səviyyədə texnoloji idarə edilməsini enerji təjhizatı müəssisələri həyata keçirirlər. Elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanması proseslərində qəzaların aradan qaldırılması müddətində operativ idarəetmə əməliyyatlarına dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ijtimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının və digərlərinin müdaxiləsi qadağandır.

 

Maddə 19. Mərkəzi və yerli dispetçer xidmətləri

 

Mərkəzi dispetçer xidməti dövlət elektroenergetika müəssisəsinin sabit işləməsinə, enerji təjhizatına təhlükə yaradan qəza vəziyyətlərinin qarşısının alınmasına və aradan qaldırılmasına məsuliyyət daşıyır. Mərkəzi dispetçer xidməti dövlət elektroenergetika müəssisəsinə operativ (əməli) jəhətdən tabe olan elektrik stansiyalarının və gərginliyi yüksək olan elektrik şəbəkələrinin iş recimini, avadanlıqların təmirə saxlanılmasını və başqa dövlətlərin elektroenergetika müəssisələri ilə paralel işləməsini təmin edir. Yerli dispetçer xidməti öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsinə cavabdehdir. Mərkəzi və yerli dispetçer xidmətlərinin fəaliyyəti xüsusi təlimatla nizamlanır.

 

Maddə 20. Mülkiyyət hüququnun məhdudlaşdırılması

 

Elektroenergetikanın inkişafı məqsədilə dövlət ehtiyajı və ya ijtimai ehtiyajlar üçün əmlakın özgəninkiləşdirilməsinə yalnız qabaqjadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Elektroenergetikanın inkişafı ilə əlaqədar əmlakın özgəninkiləşdirilməsi, ondan istifadənin məhdudlaşdırılması, habelə dövlət və bələdiyyə mülkiyyətindən istifadəyə üstünlük verilməsi Azərbayjan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

VI fəsil. Elektroenergetikanın inkişafı

 

Maddə 21. Elektroenergetikanın inkişaf proqramı və maliyyələşdirilməsi

 

Elektroenergetikanın inkişaf proqramı bu sahənin bütün strateci obyektlərini, onların hüquqi və maliyyə təminatını özündə əks etdirir. Elektroenergetikanın inkişaf proqramı layihələri Azərbayjan Respublikasının dövlət büdjəsi, enerji resurslarından səmrəli istifadə fondu, hüquqi və fiziki şəxslərin vəsaitləri, o cümlədən xariji investisiyalar hesabına maliyyələşdirilir. Bu proqram beş ildən bir müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəqiqləşdirilir və dövlət energetika strategiyasının vajib tərkib hissəsi kimi qanunvericilikdə  müəyyən edilmiş qaydada təsdiq olunur.

 

Maddə 22. Elektroenergetika obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulması layihələrinin müsabiqəsi

 

 

Elektroenergetika obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulması layihələri müsabiqə yolu ilə «Tender haqqında», Azərbayjan Respublikasının Qanununa müvafiq olaraq aparılır. Obyektlərin tikinti, genişləndirmə və yenidən qurulma layihələri onların texniki-iqtisadi əsaslandırılmaları ilə müsabiqəyə təqdim olunur. Layihələrin seçilməsi dövlət energetika strategiyasına uyğun iqtisadi effektivlik, etibarlılıq və təhlükəsizlik tələblərinin, habelə ətraf mühitin və enerji resurslarından səmərəli istifadə normativlərinin əsasında həyata keçirilir.

 

 VII fəsil. Elektroenergetikada təhlükəsizlik, obyektlərin qorunması və mühafizəsi

 

Maddə 23. Elektroenergetikada təhlükəsizliyə olan tələblər

 

 

Elektrik enerjisinin istehsalçıları və istehlakçıları tikinti, quraşdırma, sazlama, istismar və təmir işləri apararkən «Elektrik qurğularının istismarında texniki təhlükəsizlik qaydaları»na riayət etməlidirlər, onların pozulmasına görə qanunvericilikdə  nəzərdə tutulmuş məsuliyyəti daşıyır və istismarda olan qurğuların işçilərə zərərli və təhlükəli təsirinin azaldılmasına yönəldilmiş texniki, təşkilati və digər tədbirləri həyata keçirirlər.

 

Maddə 24. Elektroenergetika obyektlərinin qorunması və mühafizəsi

 

Azərbayjan Respublikasında elektroenergetika obyektlərinin qorunması və mühafizəsinə təminat verilir. Elektroenergetika qurğularının qorunması və mühafizəsi qaydaları Azərbayjan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

 

 

   Azərbayjan Respublikasının Prezidenti

   Heydər ƏLİYEV

   Bakı şəhəri, 3 aprel 1998-ci il

 

   «Azərbayjan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 1998-ji il, ? 6, maddə 363).

12 oktyabr 2001-ji il tarixli, 204-IIQD nömrəli; 6 dekabr 2002-ji il tarixli, 399-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 394-IIQD nömrəli  qanunlara əsasən əlavələr və dəyişikliklərlə.