"Energetiklər Günü" peşə bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

28.06.2018 / 76 baxış

Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq qərara alıram:

Hər il oktyabrın 20-si Azərbaycan Respublikasında "Energetiklər Günü" peşə bayramı kimi qeyd olunsun.

 

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV,

Bakı şəhəri, 13 oktyabr 2004-cü il

#446

"Azərbaycan" qəzetində dərc edilmişdir (14 oktyabr 2004-cü il, # 240)

"Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda dərc edilmişdir (31 oktyabr 2004-cü il, # 10, maddə 828).