"Gəncəelektrikşəbəkə", "Əli Bayramlıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərini idarə etmək hüququna dair muqavilələrin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

28.06.2018 / 77 baxış

Azərbaycan Respublikasının rayon və şəhərlərində əhalinin, müəssisə və obyektlərin elektrik enerjisi ilə təhcizatini yaxşılaşdırmaq, paylayici elektik şəbəkələrinin fəaliyyətinin səmərəsini artırmaq, onlarin inkişafı üçün investisiyaların və yeni texnoloqiyaların cəlb edilməsinə şərait yaratmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" Səhmdar Cəmiyyəti arasında bağlanmiş "Gəncəelektrikşəbəkə" və "Əli Bayramlielektrikşəbəkə" Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə" təsdiq edilsin (əlavə olunurlar).

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə "Barmek Azərbaycan Elektrik şəbəkəsi" Məhdud Masulliyyətli Cəmiyyəti arasında bağlanmiş "Sumqayitelektrikşəbəkə" səhmdar cəmiyyətlərini idarə etmək hüququna dair Muqavilə" təsdiq edilsin (əlavə olunur).

3. "Azərenerji" Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bağlanmış müqavilələrə əlavə olunan "Elektrik enerjisinin satınalma Saziş"lərinə uyğun olaraq elektrik şəbəkələrinin elektrik enerjisi ilə təhcizatını təmin etsin.

4. Azərbaycan respublisaının Nazirlər Kabineti:

- 10 gun muddətində Azərbaycan respublikasının qanunlarına uyğun olaraq "Gəncəelektrikşəbəkə", "Əli Bayramlielektrikşəbəkə","Sumqayitelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin borclarının ödənilməsinə möhlət verilməsi (idarəetmə hüququnun guvvədə olma müddətinə) və Azərbaycan respublikasının qanunvericiliyində nəzərə tutulmuş məsələlərini həll etsin.

- bir ay müddətində bu Sərəncamın 4-cü bəndinin 2-ci abzasının tətbiqi ila əlaqədar "Azərenerji" Səhmdar Camiyyətinin dövlət üzrə hesablaşmaların qaydasını müəyyən etsin;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, "Gəncəelektrikşəbəkə", "Əli Bayramlielektrikşəbəkə", "Sumqayitelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin idarəetmə verilməsi ilə əlaqədar "Bakı yüksək Gərginlikli Elektrik Avadanlıqları" SC və "Barmek Elektrik Şəbəkəsi" MMC ilə təhvil-təslim işlərinin 2002-ci il oktyabr ayının 1-dək başa çatdırılmasını təmin etsin.

6. Bu sərəncam imzalandiğı gundən qüvvəyə minir.

 

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2002-ci il.

No: 1030. "Azərbaycan" qəzetində dərc edilmişdir (29 avqust 2002-ci il, No: 199). "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda dərc edilmişdir (31 avqust 2002-ci il, No: 8, maddə 529).