Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair TƏLİMAT

28.06.2018 / 94 baxış

 

        “Dövlət qeydiyyatına alınmışdır”                               

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Qeydiyyat  2984 "04" iyul 2003-cü il

Nazir __________F.F.Məmmədov

                         “Təsdiq edirəm”                                 

        Azərbaycan Respublikasının Satınalmalar

        üzrə Dövlət Agentliyi

        Əmr  12 “25” iyun 2003-cü il

        Direktor ________ İ.Ə.Mehdiyev



 

Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair TƏLİMAT 

1. Ümumi müddəalar.

Bu Təlimat “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmış, mövcud bazarı olan və ehtimal olunan qiyməti 10 milyon manatdan yüksək 250 milyon manat məbləğindən aşağı olan malların (işlərin və xidmətlərin) satın alınmasında kotirovka sorğusu prosedurunun təşkilinə və keçirilməsinə dair qaydaları müəyyən edir və dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilir.

2. Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsi.

2.1. Kotirovka sorğusu prosedurunun təşkili üçün satınalan təşkilat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada tender komissiyası formalaşdırır və malların (işlərin və xidmətlərin) satın alınması üzrə kotirovka sorğusunun şərtlərini (nəqliyyat və sığorta xərclərinə, gömrük rüsumlarına, vergilərə və sair xərclərə dair tələbləri nəzərə almaqla) müəyyən edir.

2.2. Kotirovka sorğusu prosedurunun təşkili üçün tender komissiyası kotirovka sorğusunun şərtlərini təsdiq edərək əməli cəhətdən məqsədəuyğun sayda, 3-dən az olmamaq şərti ilə potensial imkanı olan malgöndərənlərin (podratçıların) siyahısını tərtib edir və onlara kotirovka sorğusunun şərtlərini göndərir (Forma 1). Bu barədə məlumat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq satınalma prosedurları haqqında hesabata daxil edilir.

2.3. Satınalan təşkilat tərəfindən kotirovka sorğusu şərtlərində malların (işlərin və xidmətlərin) qiymət kotirovkalarının təqdim olunma yeri, tarixi, saatı qeyd edilməli və məlumat almaq üçün əlaqələndirici şəxsin adı və telefonu göstərilməlidir. Malgöndərən (podratçı) tərəfindən təklif olunan malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları (Forma 2) qapalı zərfdə təqdim olunmalıdır.

2.4. Kotirovka sorğusu prosedurunda iştirak edən hər malgöndərən (podratçı) yalnız bir qiymət kotirovkası təqdim edə bilər. Tender komissiyası ilə malgöndərən (podratçı) arasında təqdim olunan kotirovkalar barədə danışıqların aparılmasına və malgöndərənlər (podratçılar) tərəfindən təqdim olunan kotirovkaların dəyişdirilməsinə icazə verilmir.

2.5. Kotirovka sorğusu əsasında malgöndərənlər (podratçılar) tərəfindən təqdim olunan təklif zərfləri müəyyən edilmiş tarixdə və saatda tender komissiyası tərəfindən zərflərin daxil olma ardıcıllığı ilə malgöndərənlərin (podratçıların) iştirakı ilə açılır və təklif olunan qiymətlər elan olunur. Zərflərin açılışı prosedurunda malgöndərənin (podratçının) və ya onun müvəkkilinin iştirak etməməsi onların təkliflərinin kənarlaşdırılmasına əsas vermir.

2.6. Tender komissiyası kotirovka sorğusunun nəticələrinə dair öz qərarını həmin gün malgöndərənlərin (podratçıların) iştirakı ilə qəbul edir və onların arasında təqdim olunmuş kotirovkaların qiymətindən asılı olaraq birinci (aşağı qiymət), ikinci və üçüncü yerləri müəyyənləşdirir. Tender komissiyasının kotirovka sorğusunun nəticələri barədə qəbul edilmiş qərarı malgöndərənlərin (podratçıların) nəzərinə çatdırılır.

2.7. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının protokolu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2002-ci il tarixli, 124 saylı Qərarı ilə təsdiq olunmuş “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolu nümunəsinin” əsasında tərtib edilir (əlavə olunur) və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Kotirovka sorğusu prosedurunun təşkili və nəticələri ilə razılaşmayan tender komissiyasının üzvləri yekun protokolunu imzalayaraq öz xüsusi rəylərini protokola əlavə edirlər. Yekun protokolunun surəti onun imzalanmasından sonra “Dövlət satınalmaları haqqında” Qanunun 37.5-ci maddəsinin tələblərinə uyğun olaraq 3 (üç) bank günü ərzində Satınalmalar üzrə Dövlət Agentliyinə təqdim olunur.

2.8. Yekun protokolu satınalma müqaviləsinin bağlanması üçün əsas götürülür. Satınalan təşkilat yekun protokolunun əsasında təlabatı təmin edən və ən aşağı qiymət kotirovkası təqdim edən malgöndərənə (podratçıya) satınalma müqaviləsinin bağlanması barədə bildiriş göndərir.

2.9. Satınalma müqaviləsi Nazirlər Kabinetinin 28 fevral 2003-cü il tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin tələblərinə uyğun tərtib olunur.

2.10. Kotirovka sorğusu proseduru haqqında hesabat "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada və keçirilən satınalmalara dair sənədlər Qanunun 54-cü maddəsinə uyğun toplanıb saxlanılmalıdır.

3. Məsuliyyət.

3.1 Bu Təlimatın tələblərinin pozulmasında təqsiri olanlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.




 

Forma 1

KOTİROVKA SORĞUSU
(satınalan təşkilatın rəsmi blankında)

 

 ______________

 

Tarix:______________

 

Kimə

Hörmətli cənablar!

Sifarişçi

(adı, ünvanı, telefon və faks, məsul şəxsin adı və vəzifəsi)

aşağdakı malların (iş və xidmətlərin) kotirovka sorğusu üsulu ilə satınalınması niyyətindədir:

(malların (iş və xidmətlərin) adı, miqdarı).

Satınalma müqaviləsi üzrə ödənişlər aşağıdakı qaydada aparılacaqdır:

 

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların (işlərin və xidmətlərin) qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, kömürük rüsumları və digər xərcləri nəzərə almaqla göstərilməlidir.

Göndərilən mallar, yerinə yetirələcək işlər və xidməti aşağıdakı tələblərə cavab verməlidir.

satınalınan malların (işlərin və xidmətlərin) texniki tələblər, satınalma müqavilənin yerinə yetirilməsinə dair tələblər o cümlədən icra müddəti, nəzərdə tutulan cərmələr, və digər tələblər.

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları qapalı zərfdə, imzalanıb və möhürlənərək,

ünvana "____" ______________2003-cü il tarixə qədər təqdim olunmalıdır.

Satınalan təşkilatın rəhbəri

__________________ imza

__________________ tarix




 

Forma 2

Malgöndərənin (podratçının) kotirovka təklifi

 

Tarix:_____________________________

Kimə_____________________________

Hörmətli cənablar!

Biz,

malgöndərən (podratçının) adı

Sizin göndərdiyiniz kotirovka sorğusunu tam öyrənərək satın alınan mallara (işlərin və xidmətlərin)

Malların (işlərin və xidmətlərin) adı

aşağıdakı qiymətdə təklif edirik _________________ (manat).

Malların (işlərin və xidmətlərin) qiymət cədvəli əlavə olunur.

Bizim kotirovka təklifimizi qəbul etdiyiniz təqdirdə biz, malları kotirovka sorğusunda göstərilən qrafikə uyğun göndərməyi, iş və xidmətləri yerinə yetirməyi öz öhdəmizə götürürük və qeyd edilmiş ödəmə qaydası ilə razıyıq.

Rəsmi satınalma müqaviləsi imzalanana qədər bu kotirovka təklifi "___" ___________ 2003-cü il tarixə qədər qüvvədə qalacaqdır.

İmzalayan şəxsin vəzifəsi

 

 

Soyadı A.A.

 

 

İmza

 

 

Möhür yeri





 

Malların (işlərin və xidmətlərin) qiymət cədvəli

 

Sıra sayı

Malın (işin və xidmətin) adı

Miqdarı

Malın (işin və xidmətin) vahidinin qiyməti (manatla)

Ümumi qiyməti (manatla)

YEKUN




 

İmzalayan şəxsin vəzifəsi ____________________

Soyadı A.A. _______________________________

İmza _____________________________________

Möhür yeri





 

Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender
komissiyasının yekun protokolunun forması

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2002-ci il tarixli, 124 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tender nəticələri haqqında tender komissiyasının yekun protokolu nümunəsinin” əsasında tərtib olunub

 

Şəhər (rayonu)_________________

tarix ______________

1. Satınalan təşkilatın adı

2. Satınalınan malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti

adı

miqdarı

(həcmi, çəkisi və ya digər ölçü vaxidi göstərilməlidir)

3. Satın alınan malların (işləri və xidmətlərin) ehtimal olunan qiyməti ______________________________(manat)

4. Maliyyə mənbəyi

(büdcə, büdcədənkənar və dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar)

5. Satınalma metodu _______________________________________________________

6. Tender komissiyasının yaradılması haqqında qərar

tarixi ___________________

nömrəsi _________________

Satınalan təşkilatın rəhbəri və ya

onun vəzifəsini icra edən şəxs ___________________________________

Sıra

Tender komissiyasının tərkibi

Komissiya üzvlərinin soyadı, adı, atasının adı

İş yeri və vəzifəsi

1

Sədr

2

Üzvləri

3

4

5

7. Kotirovka sorğusu haqqında bildiriş dərc olunması barədə məlumat (əgər dərc olunubsa):

mətbuat orqanının adı _________________________________

elanın tarixi _________________________________________

8. Kotirovka sorğusu göndərilən malgöndərənlərin (podratçıların) siyahısı:

Sıra

Malgöndərənin (podratçının) adı

Ünvanı, bank rekvizitləri, VÖİN

Fərdi dəvətlərin göndərilmə tarixi və qeydiyyat nömrəsi

1

2

3

4

9. Malgöndərənlərin (podratçıların) təqdim etdiyi qiymət kotirovkaları (Malların (işlərin və xidmətləri) qiymət cədvəli əlavə olunur):

Sıra

Malgöndərənin (podratçının) adı

Qiymət kotirovkaları (ümumi məbləğ)

1

2

3

4

10. Kotirovka sorğusu prosedurunda qalib müəyyən olunmuş malgöndərən (podratçı) və satınalma müqaviləsi haqqında məlumat:

Malgöndərən (podratçının) adı

Satınalma müqaviləsi üzrə alınacaq malların (işlərin və xidmətlərin) adları, olçü vahidi, miqdarı,həcmi və qiyməti haqqında məlumat:

Malların (işlərin və xidmətlərin) adları

Ölçü vahidi

Miqdarı və ya həcmi

Vahidinin qiyməti (manatla)

Ümumi məbləği (manatla)

Yekun:

Satınalma müqaviləsinin yerinə

yetirilmə təminatının məbləği _______________________(faizlə)

Satınalma müqaviləsini

imzalayan şəxsin adı, soyadı ______________________________

vəzifəsi ______________________________________________

imzalanma tarixi ________________________________________

Tender komissiyasının sədri

____________________ imza

____________________ tarix

Tender komissiyasının üzvləri

____________________ imza

____________________ tarix

Tender komissiyasının qərarı ilə razlaşmayan tender komissiyası üzvlərinin xüsusi rəyləri:

 

 

Qeyd:

Dövlət satınalmaları üzrə keçirilən kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun surəti 3 (üç) bank günü ərzində Satınalmalar üzrə Dövlət Agentliyinə rəsmi surətdə təqdim olunur.