“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev 20 oktyabr energetiklər günü münasibəti ilə energetikləri təbrik edib

19.10.2018 / 778 baxış “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev  20 oktyabr energetiklər günü münasibəti ilə energetikləri təbrik edib

“Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinin kollektivinə birgə ünvanlanan təbrikdə deyilir 

 

“Azərbaycan Energetikası Cənab Prezidentimiz İlham Əliyev sayəsində sözün bütün mənalarında islahat, inkişaf və tərəqqi zamanını yaşamaqdadır. Məhz ölkə enerji sisteminin təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsi,  istehlakçıların fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təchizatı Cənab Prezidentin  diqqəti sayəsində yeni mərhələyə qədəm qoyub.

 

Azərbaycan energetikası xüsusi ilə son 15 ildə aparılan islahat, inkişaf, yenidənqurma və bərpa siyasəti nəticəsində yüksək səviyyəyə çatıb və hazırda bu siyasət yeni mərhələyə qədəm qoyaraq uğurla davam edir. Yeni generasiya güclərinin yaradılması, mövcud olanların tam gücü ilə işlək vəziyyətə gətirilməsi istiqamətində ciddi işlər aparılması günün tələbinə çevrilib. Hazırda yeni generasiya mənbələrinin yaradılması, mövcud olanların ən yüksək səviyyəyə gətirilməsi, o cümlədən yarımstansiyaların tikilərək yenidən qurulması sürətlə davam edir, ölkənin bütün istiqamətlərində yeni ötürücü və paylayıcı elektrik xətləri çəkilərək yenilənir. Güc artımı prioritet olaraq davamlı və planlı şəkildə həyata keçirilir. Cənab Prezidentin istər istehsal, istərsə də paylayıcı elektrik şəbəkələrinin açılışlarında şəxsən iştirak etməsi, tövsiyə və tapşırıqlarını verməsi, energetikləri təltiflərlə sevindirməsi bizlər üçün qürurverici olmaqla yanaşı, məsuliyyət hissimizi daha da artırır.

 

Əziz dostlar, bacı və qardaşlar, Sizin hər birinizi “Energetiklər Günü” münasibətilə ürəkdən təbrik edir, cansağlığı və səadət arzulamaqla yanaşı, şərəfli və məsuliyyətli işlərinizdə müvəffəqiyyətlər diləyirəm”.

 

Dərin Hörmətlə,

Baba Rzayev

“Azərenerji” ASC-nin prezidenti