“Azərişığ”ın sədri Qubada, müavini Xaçmazda qəbul keçirdi

04.06.2019 / 153 baxış “Azərişığ”ın sədri Qubada, müavini Xaçmazda qəbul keçirdi

“Azərişıq” ASC-nin rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.

 "Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov iyunun 3-də Qubada 20-yə yaxın vətəndaşı qəbul edib.

ASC-nin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbullarda Quba və Qusar rayonlarından olan hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən “Azərişıq” ASC-nin rəhbərliyi bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.

ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.

Eyni zamanda, “Azərişıq” ASC-nin sədrinin müavini Ramil Yusifov Xaçmazda (Xaçmaz və Şabran sakinləri üçün) 24 vətəndaşın müraciətlərini dinləyib.