“Azərişıq” ASC-dən elektrik enerjisinin kəsilməsi elanları ilə bağlı açıqlama

26.03.2020 / 881 baxış

 

Son günlər sosial şəbəkələrdə “Azərişıq” ASC-nin adından saxta elanlar paylaşılır. Bu elanlar “Azərişıq” ASC tərəfindən yayılmayıb.

 

Cəmiyyətdə çaşqınlıq yaradan bu elanlar həqiqəti əks etdirmir.

 

Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - “Abonentlərin nəzərinə xəbərdarlıq – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” məzmunlu elanlara rast gəlinib.

 

Ünvanı məlum olmayan bu elanların “Azərişıq” ASC-yə heç bir aidiyyatı yoxdur. Bu elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.