“Azərişıq” ASC-nin rəhbərliyi Goranboy və Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək

10.10.2019 / 84 baxış “Azərişıq” ASC-nin rəhbərliyi Goranboy və Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək

Oktyabrın 11-də saat 10:00-da “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Goranboyda vətəndaşları qəbul edəcək.

ASC-dən bildirilib ki, qəbulda Goranboy rayonu və Naftalan şəhərinin sakinləri iştirak edə bilərlər. Qəbul zamanı fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənəcək.

Həmin gün “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov isə Bərdədə vətəndaşları qəbul edəcək. Qurumun Bərdə şəhərində yerləşən inzibati binasında keçiriləcək qəbulda Bərdə və Tərtər rayonlarının sakinləri iştirak edə bilərlər.